Şənbə , 27 İyul 2024
Drone Cameras

PPK təbliğatçısı olan sabiq məmura 4 il həbs cəzası verildi

Laçın Rayon Təhsil Şöbəsinin sabiq metodisti, PKK lideri Abdullah Öcalanın təbliğatçısı kimi tanınan Müqabil Baxışov martın 6-da məhkəmə qarşısına çıxarılıb və o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə müsavat.com-a Laçın rayon sakinlərindən biri məlumat verdi.

Qeyd edək ki, M.Baxışov ötən il noyabrın 29-da saxlanılmışdı. O, külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirli bilinib və Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3 maddələri ilə məsuliyyətə cəlb edilib. 
Laçın Rayon Məhkəməsi onun barəsində 2 ay 19 günlük həbs qətimkan tədbiri seçmışdı.

Nəzərə çatdıraq ki, Müqabil Baxışov PKK lideri Abdullah Öcalana xüsusi simpatiyası ilə seçilən və mətbuatda, facebookdakı səhifəsində açıq şəkildə PKK-nın təbliğatını da aparırdı.

Musavat.com-da da bununla bağlı məlumatlar dərc edilmişdi.

2014-cü ildə – hələ təhsil şöbəsində işləyərkən onun yaxınlarının, tanışlarının adına 100 min dollardan çox kredit götürərək ölkədən qaçdığı, Kürdüstan adlandırılan əraziyə getdiyi bildirilirdi.

Adı bu qalmaqallarda hallanandan sonra o, 2015-ci ildə işdən azad edilmişdi. 
Bir müddət sonra isə sonra isə o, yenidən Azərbaycanda peyda olmuşdu.

Xatırladaq ki, Müqabil Baxışov bundan əvvəl də məhkumluq həyatı yaşayıb. O, 2012-ci ilin oktyabrında Ağcabədi Rayon Məhkəməsinin
qərarı ilə xuliqanlıq maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Amma həmin vaxt barəsində 1 il 6 ay müddətinə şərti sınaq müddəti tətbiq edilərək, azadlığa buraxılmışdı.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir