Bazar , 3 Dekabr 2023

Prezident İlham Əliyev: “Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır”

“Türkiyə bu gün dünya miqyasında böyük gücdür. Türkiyə dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malikdir. Bütün bunlar mənim qardaşım Prezident Rəcəb Tayyip Ərdoğanın liderliyi altında əldə edilib”.

“Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresində çıxışında deyib.

“Bu gün Türkiyə uğurla, sürətlə inkikşaf edir. Türkiyə Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçir. Bugünkü toplantı bunun bir təzahürüdür. Türkiyə gücləndikcə Azərbaycan da güclənir, biz də sevinirik. Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır. Bizim əməkdaşlığımız çoxşaxəlidir və bütün sahələri əhatə edir”, – dövlət başçısı vurğulayıb.

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir