Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Prezidentin mənzil vermədiyi jurnalistlərə Cavid Qurbanov mənzil verib — MÜDHİŞ İDDİA

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov bugünlərdə bir qrup jurnalistə Bakıda ev bağışlayıb.

Bu  barədə bu gün “AzPolitika.info” saytı sesnsasion məlumat yayıb.

Saytın yaydığı məlumata görə, ADY sədri bu ilin iyul ayında Prezident İlham Əliyevin sərəncamı əsasında mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikilmiş 2-ci binada mənzillərin bölgüsü zamanı kənarda qalmış, mənzil sahibi ola bilməmiş bir qrup jurnalisti mükafatlandırıb. 

Məqalədə qeyd edilir ki, C.Qurbanov hesab edib ki, bölgü zamanı bu jurnalistlərə qarşı haqsızlıq edilib. Üstəlik, əslən Kəlbəcərdən olan bu jurnalistlər haqsızlığa məhz ona görə məruz qalıblar ki, ADY sədri ilə yaxın münasibətlərdə olublar.

Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov bu xəbərə münasibət bildirib. O, “Unikal.org” saytının əməkdaşına açıqlamasında vurğulayıb ki, yayılan məlumatların əsası yoxdur:

“Mənim nə şirkətim, nədəki o qədər imkanım var ki, jurnalistlərə ev verim. Bu ölkədə jurnalistlərə evi bir nəfər verir. O da cənab prezident İlham Əliyevdir”.

Qeyd edək ki, hörmətli Qurbanov tərəfindən rəhbərliyin icazəsi xaricində belə bir addım atılıbsa bu, siyasi qalmaqala səbəb ola bilər. Heç də sirr deyil ki, C.Qurbanovun bir neçə xəbər portalına yaxınlığı var. Bu barədə müəyyən dövrlərdə mətbuatda yazılıb. Dəmiryolçu yayılan məlumatları bu gün təkzib etsə  belə məsələnin həqiqi olub-olmaması yaxınlarda bilinəcək. “Yuxarıların” ona davranışı ilə…

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir