Şənbə , 27 İyul 2024
Drone Cameras

Putinin xüsusi nümayəndəsi: “Xəzərin hüquqi statusuna dair müqavilə gələn ilin əvvəllərində imzalana bilər”

Xəzərin hüquqi statusuna dair müqavilə 2018-ci ilin əvvəllərində imzalana bilər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin Xəzəryanı ölkələrlə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov deyib.  

“Düşünürəm ki, müqavilənin gələn ilin əvvəlində Astanada keçiriləcəyi gözlənilən sammitdə imzalanması mümkündür. Bu, çox böyük iş olacaq, çünki biz artıq 20 ildən çoxdur Xəzərin hüquqi statusundan danışırıq və baza Konvensiyasını hələ imzalamamışıq”, – deyə R. Abdulatipov söyləyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 1-də bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı Rusiya, İran və Azərbaycan arasında mövqelərin dəqiqləşdirilməsi yaxın vaxtlarda yekunlaşa bilər.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir