Azərbaycanın və “Qəbələ” İK-nın idmançısı Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub. SİA-nın məlumatına görə, idmançımız bu titulu Çexiyanın paytaxtı Praqanın “O2” İdman Kompleksində qazanıb. W5 promouşeninin 77 kq çəki dərəcəsində Avropa çempionunun adına qurumun bayrağı altında təşkil olunan “Əfsanələr Praqada” adlı döyüş gecəsində aydınlıq gəlib. Titul uğrunda mübarizədə Nəbiyev çexiyalı Vlado Moravçiklə qarşılaşıb. 5 raunddan ibarət döyüşün yekununda təmsilçimiz hakimlərin rəyi ilə qitə çempionu tituluna yiyələnib.
Check Also
Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar
Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …
Boyukmillet.com Biz yanmasaq vətən yanar