Cümə , 26 Aprel 2024
Drone Cameras

Qərb qardaş Türkiyəyə qarşı yenə xəyanət mövqeyindən çıxış edir

Bu günə qədər Türkiyəni Avropa Birliyinə qəbul etmirlər və Avropada da hər dəfə bunun üçün bir bəhanə gətirirlər. İndi də Türkiyəni NATO-dan kənarlaşdırmaq istəyirlər. 
Qeyd edək ki, Ankara Avropa Birliyinə qəbul olunmaq üçün qurumun onun qarşısında qoyduğu bütün tələbləri yerinə yetirib. Amma məsələ ondadır ki, hər dəfə qəbul məsələsi gündəmə gələndə Qərb Ankara qarşısında yeni-yeni tələblərlə çıxış edir. Həmin tələblərin bir çoxu Türkiyənin zəiflədilməsinə, onun parçalanmasına xidmət edir. Son zamanlar Qərb ölkələrində Türkiyəyə qarşı qərəzli çıxışlar yenidən vüsət alıb. Bir sıra Avropa ölkələrində Türkiyənin parçalanmasına xidmət edən PKK kimi terrorçu qruplaşmaya aid təşkilatlar açıq şəkildə fəaliyyət göstərirlər.
Dünya Azərbaycanlıları Konqresi (DAK) İcra Aparatının rəhbəri Samir Adıgözəlli düşünür ki, Türkiyənin artan nüfuzu Avropanı qıcıqlandırdığından onlar Ankaraya qarşı ikili standartlardan çıxış edirlər: “Avropa İttifaqı heç kimə sirr deyil ki, öz fəaliyyətində ikili standartlardan, xristian təəssübkeşliyi prizmasından çıxış edir. Özlərini demokrat adlandıran bu məkanda insan haqları sahəsində ciddi qüsurların olmasına baxmayaraq, hazırda Avropa regionda nüfuzu sürətlə artan Türkiyəyə qarşı çox böyük bir ədalətsizliyə yol verir. 
Avropa İttifaqı ölkələri, xüsusən də Fransa ilə Almaniya özlərini hegemon kimi aparırlar. Türkiyə gücü, qüdrəti, iqtisadi potensialı, regiondakı nüfuzu ilə dünyadakı nüfuzunu daha da artırmaqdadır. Bu isə Qərb ölkələrinin ciddi narahatlığına səbəb olub. Regional iqtisadi layihələrdə Türkiyənin söz sahibi olması da, dünyada lider dövlət olaraq meydana çıxması da Qərbi qıcıqlandırır. 
Avropa Türkiyənin içəridən dağılmasına dəstək verir. Türkiyə uzun illərdir Aİ-yə qəbul olunmaq üçün müraciət etsə də, hələ də qurum ona “hə” demir. Türkiyəyə qarşı bu qərəzli siyasət Qərbin ikili standartlardan çıxış etdiyinin bariz nümunəsidir”. (movqe qəzeti)

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir