Şənbə , 27 İyul 2024
Drone Cameras

Qərbi Azərbaycanla bağlı ictimai müzakirə keçiriləcək

Azərbaycan Qaçqınlar Cəmiyyəti sentyabrın 06-da saat 12-də Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirir. Tədbirdə Qərbi Azərbaycan qaçqınlarının social-siyasi problemləri bir daha ictimai müzakirəyə çıxarılacaq və aşağıdakı məsələlər müzakirə olunacaqdır:

– 1988-1992-ci illərdə Qərbi Azərbaycandan (indiki Ermənistandan) deportasiya olunan qaçqınlara dəyən maddi və mənəvi ziyanın hesablanması,

– İrandan və Türkiyədən ermənilərin Qafqaza köçürülməsinin 190-cı, 1918-ci il soyqırımının 100-cü, 1948-1953-cü illər deportasiyasının 70-ci, 1988-ci il soyqırımının 30-cu ildönümləri ilə bağlı qarşıda duran vəzifələr,

– Qərbi Azərbaycanlıların Elat Bayramının keçirilməsi,

– qaçqınların tarixi torpaqları uğrunda mübarizəsinin təşkili formaları.

Tədbirdə iştirakçılara və media nümayəndələrinə bu problemlərlə bağlı çap materialları, buklet və kitabçalar təqdim olunacaqdır.

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə maraqlanan, Azərbaycanın tarixi torpaqları uğrunda mübarizədə yanımızda olmaq istəyən hər kəsi tədbirə dəvət edir.

 

 

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir