Şənbə , 27 İyul 2024
Drone Cameras

Qara Qarayevin və BDU-nun 100 illik yubileyləri UNESCO-da qeyd ediləcək

UNESCO Baş Konfransının Parisdə keçirilən 39-cu sessiyası çərçivəsində qurumun 2018-2019-cu illər üzrə yubileylər siyahısı qəbul edilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, UNESCO-nun İcra Şurası tərəfindən təqdim edilən yubileylər siyahısına üzv ölkələrdən 48 təklif irəli sürülüb. Azərbaycan tərəfindən bu siyahıya bəstəkar Qara Qarayevin və Bakı Dövlət Universitetinin 100 illik yubileylərinin qeyd edilməsi təklif olunub. Baş Konfrans tərəfindən təkliflər qəbul edilib. 2018-ci ildə bəstəkar Qara Qarayevin və 2019-cu ildə Bakı Dövlət Universitetinin UNESCO-nun dəstəyi ilə Parisdə 100 illik yubileyləri qeyd olunacaq.

Bundan başqa, Azərbaycan İran İslam Respublikasının irəli sürdüyü Şərqin böyük şair və filosofu, Azərbaycan əsilli Şihabəddin Yəhya Sührəvərdinin yaradıcılığa başlamasının 850 illik yubileyinin qeyd edilməsi təklifinə qoşulub. 

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir