Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

“Qarabağ münaqişəsinin həlli üçün daha çox səy göstərməliyik”

“Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi həmin bölgədəki istiqlalın açarıdır.”

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında çıxışı zamanı deyib:

“Sülh,istiqlal və rifahın hakim olması üçün üzərimizə düşən vəzifəni yerinə yetirməyə davam edəcəyik. Bu səbəbdən Yuxarı Qarabağ, Amasya və Cənubi Osetiya münaqişəsinin həlli üçün daha çox səy göstərməliyik.

Bu gün görməməzlikdən gəldiyimiz hər bir böhranın sabah regional, hətta qlobal qarşıdurmanın fitilini alovlandıra biləcəyini əsla unutmamalıyıq.” – Ərdoğan belə deyib.

Qeyd edək ki, sentyabrın 19-da Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında ümumi müzakirələrin açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir