Bazar , 3 Noyabr 2024
Drone Cameras

Qorbaçov Dağlıq Qarabağı necə satdı, SSRİ-ni necə dağıtdı? VİDEO

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun hakimiyyətə gəldiyi ilk gündən ölkəni necə dağıtdığı barədə mətbuatda çoxlu faktlar işıq üzü görüb. Xüsusən də Dağlıq Qarabağın ermənilərə satılmasında Fransada erməni lobbisinin nümayəndələri ilə bazarlıq etməsinə dair danılmaz sübutlar var. Həmişə yanında gəzdirdiyi arvadı-katibəsi-kassiri Raisa Maksimovnanın hansı oyunlardan çıxdığını isə söyləmək artıqdır, hər kəsə bəllidir.

Maraqlıdır ki, Qorbaçovun SSRİ-ni məhv etmək planından Siyasi Büro üzvlərinin əksəriyyətinin, DTK sədri Kryüçkovun, müdafiə naziri marşal Yazovun, Qorbaçovun köməkçilərinin xəbəri olub. Hətta Yaponiyadan Cənubi Koreyaya səfəri zamanı bu ölkənin prezidenti Ru Deudan 100 min dollarlıq çek alması barədə Qorbaçovdan Büro üzvləri soruşanda o, “çek Boldinin otağındakı seyfdədir”, deyə bildirib. Amma sonralar Cənubi Koreyanın prezidentindən alınmış 100 min dollarlıq rüşvət Raisa Maksimovnanın çantasında aşkarlanıb.

Sosial şəbəkələrdə yayılmış bu görüntülər Dağlıq Qarabağı ermənilərə satan və bununla da 30 ilə yaxındır ki, regionu qan çanağına çevirən Mixail Qorbaçovun iç üzünü qismən də olsa aça bilir. Təəssüf ki, bu görüntülərdə adları keçən əksər nazirlərin etiraflarının gücü yalnız xatırlatmalara qədərdir. Çünki bundan sonra Qorbaçovu məhşər ayağına çəkməyin mənası da yoxdur. İttihamların gücü isə Qorbaçovu azca silkələməyə bəs edər, çünki onu bu oyuna gətirən güclər, onu qorumağı da, lap məhv etməyi də yaxşı bacarırlar (sia.az)

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir