Cümə , 26 Aprel 2024
Drone Cameras

“Ərəb baharı” Yaxın Şərqə 614 milyard dollar ziyan vurub

BMT-nin Qərbi Asiya üçün İqtisadi və Sosial Komissiyasının apardığı araşdırmalar nəticəsində məlum olub ki, 2011-2015-ci illərdə “Ərəb baharı” ucbatından Yaxın Şərqdə iqtisadi artıma 614 milyard dollar və ya region üzrə ÜDM-in 6 faizi həcmində ziyan dəyib.
 
“BBC News” agentliyinin verdiyi məlumata görə, bu hesablamalar üçün ərəb ölkələrində iqtisadi artımın 2011-ci ilə qədər aparılmış proqnozlarından istifadə edilib, çünki ərəb ölkələrində kütləvi etirazlar və hakimiyyət orqanları ilə vətəndaşlar arasında silsilə münaqişələr məhz həmin vaxtdan başlanıb, nəticədə regiondakı dörd ölkədə rejim dəyişdirilib, Liviya, Suriya və Yəməndə müharibələr baş verib.
 
İlk dəfədir ki, həmin ziyanın həcmi nüfuzlu beynəlxalq təşkilat tərəfindən qiymətləndirilib. Bununla bərabər, hesablamalar zamanı dolayı effektlərdən – qaçqın axını, əməkçi miqrantların pul köçürmələrinin azalması, turizm biznesində tənəzzül kimi amillərdən də istifadə edilib.
 
Məruzə müəllifləri qeyd edirlər ki, etirazlar nəticəsində hakimiyyətin dəyişdiyi ölkələrdə yeni liderlər bu nümayişlərə gətirib çıxarmış problemlərin öhdəsindən gələ bilməyiblər.
 
sia.az

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir