Bazar , 3 Noyabr 2024
Drone Cameras

Ərdoğan azərbaycanlı idmançının qələbəsinə sevindi: “Hamımızı qürurlandırdı” – Video

Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev Londonda yüngül atletika üzrə dünya çempionu olub.

Boyukmillet.com xəbər verir ki, 2011-ci ildə ölkəmizi tərk edən Ramil Quliyev 2013-cü ildən Türkiyə yığmasının şərəfini qoruyub. Azərbaycanlı idmançı Londanda keçirilən yarışlarda 200 metr məsafəyə qaçışda fərqlənib. O, bütün rəqiblərini arxada qoyaraq tarixi uğura imza atıb. Məsafəni 20,09 saniyəyə qət edən qaçışçımız ən yaxın izləyicilərini 0,02 saniyə qabaqlayıb.

Türkiyə idmanı tarixinə atletika üzrə ilk dünya çempionu kimi düşən Quliyev həm də bunu bacaran yeganə azərbaycanlı olub. Qızıl medal qazanan həmyerlimiz çempion tituluna yiyələndikdən sonra stadionda Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurub. Azərbaycan bayrağına bürünən Ramil təmsil etdiyi ölkənin rəmzini də əllərinə saxlayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı idmançını dünya çempionu adını qazandığına görə təbrik edib.

Türkiyə prezidenti onunla qürur duyduqlarını bəyan edib:
 
“Dünya Atletika Çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanaraq hamımızı qürurlandıran Ramil Quliyevi səmimi qəlbdən təbrik edirəm”.

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir