Çərşənbə , 4 Noyabr 2026
Drone Cameras

Ərdoğana sui-qəsdin qarşısı alındı

Yunanıstanda saxlanılan DHKP-C terror təşkilatının 9 üzvünün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd planlaşdırdığı ortaya çıxıb.

Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə yunan polisinin saxlanılan şəxslərin evlərindən tapdığı sənədlərdə qeyd edilib.

Həmin planda raket və əl qumbaralarla Ərdoğana sui-qəsd edilməsi nəzərdə tutulubmuş. Hücum Ərdoğanın Yunanıstana səfəri zamanı kartejin keçidi əsnasında ediləcəkmiş. Lakin yunan polisinin 9 terrorçunu ələ keçirməsi nəticəsində plan baş tutmayıb.

Hazırda polislər sui-qəsddə istifadə edilməsi planlaşdırılan raket və qumbaraları axtarır. Silah-sursatın Afinanın şərqindəki Parnita dağının ətəyində basdırıldığı ehtimal edilir.

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir