Şənbə , 21 İyun 2025
Drone Cameras

Rostov-Donda partlayış olub, bir nəfər xəsarət alıb

Rusiyanın Rostov-Don şəhərinin mərkəzində baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu yerli hüquq-mühafizə orqanlarından bildiriblər. 

“Hadisə səhər saat 07-də (Moskva vaxtı ilə – “Report”) Sosialist küçəsində olub. İlkin məlumata görə, partlayış nəticəsində bir kişinin əl barmağı qopub. Hadisə məktəb yaxınlığında baş verib”,- deyə informasiyada vurğulanıb.

“RİA Novosti”nin məlumatına görə, xəsarət alan şəxs yerdən naməlum əşyanı götürərək onu silkələyib. Bu zaman  partlayış olub. Partlayış nəticəsində onun barmağı qopub, qarın boşluğundan yaralanıb. Hadisə baş verən ərazidə yerləşən məktəb bağlanıb, şagirdlər binaya buraxılmır.

Məlumata görə, partlayış olan yerdə hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. 

Check Also

İsrail İrandakı hərbi obyektlərə yeni silsilə zərbələr endirib

İsrail ordusu İranın raket infrastrukturuna yeni hava zərbələri dalğasının başladığını elan edib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir