Cümə , 13 Sentyabr 2024
Drone Cameras

SƏNAN NƏCƏFOV: “Bu nə məntiqdir?”

Martın 8-də bir qrup “feministçilərin” bir araya gələrək, şəhərin mərkəzində uğursuz aksiya keçirmək cəhdlərinin ardınca, daha bir məsələ ictimai rəyin diqqətini cəlb etdi. Bu, AXCP sədri Əli Kərimlinin hazırda həbsdə olan müavini Gözəl Bayramlının adı altında özünü reklam etdirməsi cəhdidir. Belə ki, AXCP sədrinin və ətrafının 8 mart gününü G.Bayramlının adı ilə bağlamaq istəyi ona qarşı bəzi sualları yaradıb. Boyukmillet.com SİA-ya istinadən  xəbər verir ki, Qhtxeber saytının baş redaktoru Sənan Nəcəfov sosial şəbəkədə maraqlı detallara toxunaraq, suallarını ünvanlayıb. “Yekun olaraq bir sual da verim, bağlayaq bu söhbəti”, deyə qeyd edən baş redaktor əlavə edib: “Demək Kərimov Əli adına Xalq Cəbhəsi 8 martı Gözəl Bayramova ilə bağlayırlar. Allah xatirinə biri desin, bilək: bəs həbsdə olan başqa xanımlar? Onlar qadın deyillər? 8 martda təbrik olunmaq, diqqətdə saxlanması üçün Kərimov Əli adına Xalq Cəbhəsinin üzvü olmalıdır? Bu nə yanaşmadır? Bu nə məntiqdir? Bu nə ayrı-seçkilikdir? Bunlar özlərini nə sanırlar?”

Sənan Nəcəfov Əli Kərimlinin Gözəl Bayramovanın adı altında manipulyasiya etdiyini önə sürərək, bunun öz müavininin əslində həbsə qalması istəyi ilə bağlı olduğunu bildirib: “Kim istəyər ki, Azərbaycan qadını 8 martı həbsxanada keçirsin? Allah hamısının qapısını açsın. Amma belə məlum olur ki, Kərimov Əli adına Xalq Cəbhəsinə məhz Gözəl Bayramovaların həbsdə olması lazımdır. Çox məyusedicidir”.

Rövşən NURƏDDİNOĞLU

Check Also

Baş nazir: Rusiyanın Gürcüstandakı seçki prosesinə ciddi təsir edəcək resursları yoxdur

Rusiyanın Gürcüstandakı seçki prosesinə ciddi təsir göstərə biləcək resursları yoxdur, amma başqa qüvvələrin buna gücü …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir