Bazar , 20 İyul 2025
Drone Cameras

Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz ölçü qovşaqlarında aparılan təmir-bərpa işləri ilə əlaqədar fevralın 13-də saat 09:30-dan 17:00-dək Bakının Sabunçu və Xəzər rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Check Also

TRT-nin Güney Azərbaycana yalnışı

Bu gün Türkiyənin rəsmi dövlət kanalı olan TRT Güney Azərbaycanın qədim və böyük şəhərlərindən biri …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir