Cümə , 17 Aprel 2026
Drone Cameras

“Sağ olsun qardaşım İlham Əliyev, həmin çox önəmli şəxsi bizə təslim etdi…” – Ərdoğandan canlı yayımda önəmli mesajlar (Video)

“Sağ olsun qardaşım İlham Əliyev, həmin çox önəmli şəxsi bizə təslim etdi…” – Ərdoğandan canlı yayımda önəmli mesajlar (Video)

Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğan dünən axşam TRT-nin xüsusi buraxılışında bir çox sualları cavablandırıb.

boyukmillet.com xəbər verir ki,  iki saata yaxın davam edən verilişdə Türkiyə prezidenti bələdiyyə seçkiləri, 15 iyul 2016-cı ildə törədilən çevriliş cəhdi, Qaşıqçı cinayəti və digər məsələlərdən danışıb.

FETÖ-dən danışan Ərdoğan dünyanın bir çox ölkələrindən bu terror təşkilatının liderlərinin Türkiyəyə təslim etdiklərini açıqlayıb: “Ən son Azərbaycandan yenə çox-çox önəmli şəxsi bizə, sağ olsun İlham Əliyev qardaşım, təslim etdi”. 

Türkyə prezdenti FETÖ-nün ABŞ Konqresinə qədər uzanan ayaqlarının olduğunu deyib.

Ərdoğan FETÖ-yə qarşı çox əməliyyatın keçiriləcəyini də açıqlayıb: “Dövlətin içində, dövlətin müxtəlif qurumlarında, polisdə, orduda, hər yerdə var. Onun üçün asan deyil. Bu, metastaz verib”.

Canlı yayımda Ərdoğan HDP ilə PKK əlaqələrini də dəyərləndirib: “HDP bərabərdir PKK, bərabərdir YPG. Heç sağa, sola qaçmamalarının anlamı yoxdur”.

Check Also

ABŞ nüvə silahı istehsalını artırır

ABŞ Soyuq müharibənin bitməsindən bəri ən çox nüvə silahı istehsal edir. Boyukmillet.com xəbər verir ki, bu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir