“Varislik, filan məsələləri hamısı boş söhbətdir. Elə bir məsələ yoxdur. Bu bizim mənəviyyatımıza uyğun gəlmir”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə mətbuatda şeyxin varisinin adının açıqlanması məsələsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, dövlətimiz və onun siyasəti var: “Varislik, şahlıq söhbətlərinin artıq yeri deyil. Padşahlıq dövrləri bitib. Şeyxülislam da işləyir. Bundan sonra da inşallah işləyəcək. Bütün məsələlərdə cənab prezidentə, xalqa dayaq olacaq. Dini məsələlərdə ona köməklik edəcək.
Bu söhbətlər artıqdır, ona başqa don geyindirmək lazım deyil. Allah-təala nə məsləhət bilirsə, odur. Hələ ki, şeyximiz cavandır. 69 yaşı var. Ruslar demişkən, hələ indi “razqon” götürüb. Ondan sonra da Allahın nə məsləhəti olacaqsa, o da olacaq. Kim bu işi elmi, dini cəhətdən bacaraqsa, o sonralar ortaya çıxacaq”.
Qeyd edək ki, şeyxin qudası Hacı Qalib Salahzadə modern.az saytına açıqlamasında şeyxin varisinin oğlu Məhəmməd Paşazadə olduğunu deyib.