Cümə , 19 Aprel 2024
Drone Cameras

Şimali Kiprdə FETÖ əməliyyatı: polislər dindirilir

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) polis təşkilatı daxilində FETÖ əməliyyatı başlayıb.

Yeniçağ.AzTürkiyə mediasına istinadən xəbər verir ki, Şimali Kipr Polis Təşkilatının mətbuat xidməti qurum daxilində FETÖ terror şəbəkəsi ilə bağlı əməliyyat aparıldığını təsdiqləyib.

Mətbuat xidmətinin məsələyə dair açıqlamasında bu ifadələr yer alıb:

“Bəzi internet nəşrlərində və sosial şəbəkələrdə ŞKTC Polis Təşkilatı İdarəsinin bir çox vəzifəli əməkdaşlarının Türkiyədəki FETÖ əməliyyatı çərçivəsində istintaqa cəlb olunduqları və İdarənin Müşahidə Qurumu tərəfindən dindirildikləri barədə xəbərlər yayılıb”.

Açıqlamada qeyd olunub ki, FETÖ əməliyyatı çərçivəsində təşkilat daxilində Polis Təşkilatı İdarəsi Müşahidə Qurumu tərəfindən başladılan inzibati istintaq həssaslıqla davam etdirilir.

Yeniçağ.Az

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir