Çərşənbə , 25 Noyabr 2026
Drone Cameras

Suriya müxalifəti Soçi sammitində iştirakdan imtina edərək səlahiyyətini Türkiyəyə verdi

Soçidə keçirilən Suriya Milli Dialoq Konqresinə gedən müxalif qruplar konqresdə iştirak etməyəcəklərini bəyan ediblər.

Boyukmillet.com Avropa.info-ya istinadən xəbər verir ki, müxaliflərin etirazına səbəb onların aeroportda Suriya rejiminin bayraqları ilə qarşılanması olub. Aeroportdan çıxmağı rədd edən 90 nəfərlik qrup Türkiyəyə geri qayıdıb. Konqresdə Suriya müxalifətini təmsil etmək səlahiyyəti Türkiyə dövlətinə verilib.

Qeyd edək ki, məsələ ilə bağlı artıq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Check Also

Şimali Koreya İsveçrə diplomatını ölkədən çıxarır

Şimali Koreya İsveçrənin Pxenyandakı diplomatik nümayəndəliyinin əməkdaşını arzuolunmaz şəxs elan edərək 48 saat ərzində ölkəni …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir