Cümə , 29 Mart 2024
Drone Cameras

Təhlükə: Ermənilər Türkiyəni xristianlaşdırır

Erməni əsilli İran vətəndaşları turist olaraq gəldikləri Türkiyənin Van şəhərində farsca yazılmış İncil kitabının təbliğatını aparırlar. Bu barədə məlumatı Boyukmillet.com-a Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin sədri Göksəl Gülbəy verib. 

O, bildirib ki, erməni əsilli iranlılar sözügedən İncil kitablarını Vandakı kürd gənclərə paylayırlar: 

“Hətta kürd gənclərini gizli şəkildə fəaliyyət göstərən din evlərinə apararaq onları xristianlaşdırırlar. “Ermənilər Şərqi Anadolu və cənub şərq bölgələrində xəyalən qurmağı planladıqları Qərbi Ermənistana kürdlərin ciddi şəkildə dəstək verməsini hədəfləyiblər və qeyd etdiyim istiqamətdə apardıqları iş də buna hesablanıb. Çünki ermənilər Vanı xəyal etdikləri Qərbi Ermənistanın paytaxtı hesab edirlər”. 

 Təhlükə: Ermənilər Türkiyəni xristianlaşdırır

Göksəl Gülbəy deyib ki, erməni lobbisi və Ermənistanın Diaspora Nazirliyi Van gəncləri arasında gizli şəkildə missionerliyi yayır: 

“Ermənilər Vanda təhsil alan və maddi durumu zəif olan gəncləri müəyyən edərək onlara müəyyən müddət maddi dəstək verir, sonradan isə onları asanlıqla xristianlaşdırır. Bu işdə ermənilərə Türkiyənin Ağrı vilayətində fəaliyyət göstərən Ararat kilsəsi də dəstək verir”. 

ASİMDER rəhbəri onu da deyib ki, erməni missionerlər Vandakı universitetlərdə təhsil alan gənc qızlardan da bir vasitə kimi istifadə edirlər: “Ermənilər Van 100-cü il Universitetində təhsil alan gözəl gənc qızların kürd gənçlərlə əlaqələrini yaradaraq onları toplu halında kilsə fəaliyyətlərinə cəlb edirlər. Təkcə Van deyil, eləcə də Ağrı, Muş, Bitlis, Siirt, Hakkari, Tunceli və Malatyada eyni təhlükə mövcuddur və qeyd etdiyim vilayətlərin rəsmi dairələri erməni missonerliyinin qarşısını almaq üçün hərəkətə keçməlidirlər”.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir