Cümə , 29 Mart 2024
Drone Cameras

Tənzilə Rüstəmxanlının doğum günüdür

Boyukmillet.com xəbər verir ki, bu gün Azərbaycan Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlının doğum günüdür.

O, uzun illərdir apardığı fəaliyyətlə Azərbaycan-Türkiyə münasibətlərinin daha da yaxınlaşması, ümumtürk dünyasının birliyi uğrunda və türk millətinin milli-mədəni maraqlarını dünyanın müxtəlif ölkələrində müdafiəsinə həsr edib. 

Tənzilə Rüstəmxanlının doğum günü münasibəti ilə Azərbaycanın və Türkiyənin bir neçə ziyalısı və ictimai xadimləri Tənzilə xanımı təbrik ediblər. Həmin təbrikləri olduğu kimi oxuculara təqdim edirik.

Erkan Özoral 
Türkiyə Respublikasının Azərbaycandakı Fövqaladə və Səlahiyyətli Səfiri
 

Tənzilə Rüstəmxanlının doğum günüdür

Sadece Azerbaycan’ın değil, bütün Türk dünyasının en tanınmış simalarından biri olmanızın en temel sebebi Sizin bütün ömrünüz boyunca Türklüğe hizmet etmeyi kendinize hayat prensibi edinmiş olmanızdır. Hayatınızda her zaman Azerbaycan’ın gelişmesine, kadının statüsünün iyileştirilmesine ve Türklüğün ilerlemesine büyük yer ayırdınız. Başkanlığını 1996 yılından beri yürüttüğünüz Azerbaycan Türkiye Evi ve Azeri-Türk Kadınlar Birliği, Azerbaycan’ım bağımsızlığını kazanmasından sonra Türkiye ile ilişkilerin geliştirilmesi konusunda çok önemli başarılar elde etti. Bu nedenle sadece Azerbaycan’da değil Türkiye’de de çok sayıda mükafatlara layık görüldünüz. Sizinle tanıştığımız 2005 yılından bu yana Sizi her zaman aynı prensiplere ve aynı çizgiye bağlı gördüm. Milletimizin karşı karşıya kaldığı her hıyanette devletin yanında saf tutarak yerinizi belli ettiniz. Azerbaycan Cumhuriyeti ve Türkiye Cumhuriyeti’nin iyi gününde sevinip, kötü gününde kederlendiniz. Türklük bayrağının daima Ulu Önderlerimizin bize gösterdiği istikamette yücelttiniz. Değerli Tenzile Hanım, Bu hizmetleriniz şüphesiz ki, bundan sonra da artarak devam edecek. Türk Dünyası adınızı ve ad gününüzü her zaman takdir hisleriyle hatırlayacak; ve kalbinizdeki gençlik ateşi her yıl daha da büyüyerek yanmaya devam edecektir. Sizi ad gününüz münasebetiyle bütün sevdiklerinizle birlikte sağlık ve mutluluk dolu günler arzu ediyor, en iyi dileklerimi ve tebriklerimi sunuyorum.

Sona Vəliyeva 
Milli Televiziya və Radio Şurasının sədr müavini, “Kaspi” qəzetinin təsisçisi
 

Tənzilə Rüstəmxanlının doğum günüdür

Tənzilə Rüstəmxanlı təkcə ictimai xadim, türkçülük ideyalarının yayılması uğrunda fəal mübarizlərdən deyil. O, həm də müstəqil Azərbaycan dövlətinin inkişafı və möhkəmlənməsi işində qadınlarımızın daha fəal iştirakına nail olmaq, özünüdərk və milli kimliyimizin təbliği ilə bağlı hədəflərinə sadiqlik yolunda çalışanlardandır. Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında rəhbərlik etdiyi Azəri-Türk Qadınlar Birliyi və Azərbaycan-Türkiyə Evinin fəaliyyəti çoxlarına nümunə ola bilər! Tənzilə xanımın Qarabağ harayı, başımıza gələn faciələrlə bağlı səsi beynəlxalq konfranslardan eşidilir. Onun fəaliyyəti daim xaricdə yaşayan soydaşlarımızı birliyə, türkçülüyə sadiq olmağa çağırır. Vətənini sevən, onun azadlığı uğrunda mücadiləyə daim hazır olan Tənzilə xanıma can sağlığı, uğurlar, mübarizəsində əzimkarlıq arzulayıram!

Fazil Mustafa
Azərbaycan millət vəkili, Böyük Quruluş Partiyasının sədri

Tənzilə Rüstəmxanlının doğum günüdür

Azərbaycan ictimai-siyasi mühitində elə bir önəmli milli xarakterli hadisə yoxdur ki, orada Azərbaycan xanımlarının ən öncül simalarından olan Tənzilə xanım Rüstəmxanlının fikri, mövqeyi səslənməsin. Onun üçün hansısa xüsusi çağırışa gərək olmur, bir milli borc kimi baxır Azərbaycanın taleyi ilə bağlı bütün məsələlərə, dəstəyini heç vaxt əsirgəmir. Bu Azərbaycan qadınının öz sözü, öz mövqeyi ilə meydanlarda, soyqırım tədbirlərində, diaspora çalışmalarında faydalı işlər görməsi insanlarda pozitiv bir məsuliyyət duyğusu yaradır. Böyük bir çoxluğun milli məsələlərə baxışında bir biganəlik sindromunun yaşandığı Azərbaycanda Tənzilə xanımın öz üzərinə götürdüyü missiyanın ağırlığına heyrətlənməyə bilmirsən. Xüsusilə də Türkiyə və Azərbaycan arasında bir etimadsızlıq aurası yaratmağa cəhd edən şəbəkələrə qarşı barışmaz davranışı, hər iki cəmiyyətin insanları üçün güvən duyğusunu artıran mesajlar verməsi bu mövzuda həssaslığı olan hər kəs tərəfindən təqdirlə qarşılanır. Xarici ölkələrdə keçirilən Azərbaycanı tanıtım xarakterli tədbirlərin, eləcə də erməni işğalına, xalqımıza qarşı soyqırımlara etiraz bildirən kütləvi aksiyaların təşkilində Tənzilə xanımın həm maddi, həm də mənəvi dəstəyini xüsusilə vurğulamaq istərdim.

Tənzilə xanımın ən diqqətçəkən özəlliyi isə bir fədakar həyat yoldaşı kimi xalq şairimiz Sabir Rüstəmxanlının ictimai-siyasi çalışmalarında, ədəbi yaradıcılığının tanıtımında rol almasıdır. Bu həm də Tənzilə xanımın gözəl şeir, sənət duyumundan irəli gələn bir məziyyətdir. Azəri-Türk Qadınlar Cəmiyyətinin sədri kimi də Tənzilə xanım Rüstəmxanlı qeyri-hökumət təşkilatıları şəbəkəsində də ölkəmiz və millətimiz üçün çox faydalı layihələrin gerçəkləşməsinə də töhfə verir. Soyqırımla bağlı, erməni işğalı ilə bağlı, türklük ideyası ilə bağlı bir sıra dəyərli kitabların oxuculara çatdırılması işində də xidmətləri var. Bütün hallarda Tənzilə xanım Rüstəmxanlı ictimai-siyasi həyatımızda lider qadınların ən fəal təmsilçilərindən biridir və gördüyü işlərin dəyərini cəmiyyətimizin irəli görüşlü insanları yüksək qiymətləndirirlər. Mən də fəaliyyəti, insanlığı ilə yaxından tanış olan bir dost kimi Tənzilə xanımı doğum günü münasibəti ilə təbrik edirəm, can sağlığı və mənalı ömrünün davamını arzulayıram.

Ufuk Turganer 
KKTC Azərbaycandakı səfiri

Tənzilə Rüstəmxanlının doğum günüdür

Değerli Tenzile hanım, ad gününü yürekten kutlar, size can sağlığı ve uzun ömür dilerim. Dostluğumuz, ülkelerimiz gibi daim olsun.

 

 

 

 

 

 

 

 

 

Hüseyin Büyükfırat
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin sədri ,“Büyükfırat” Qrupun prezidenti

Tənzilə Rüstəmxanlının doğum günüdür

“Tənzilə xanımla təxminən 15 ilə yaxındır ki, tanışıq. Çox dəyər verdiyim insandır. Tənzilə xanım Türkiyədən Azərbaycana təhsil almağa gələn tələbələrə analıq etdiyinin şahidi olmuşam. Bundan başqa Tənzilə xanım istər Türkiyə məsələlərində olsun istərsə də başqa mövzularda çox mübarizəçi qadındır. Bunu xüsusən vurğulamalıyam ki, Tənzilə xanım istər iş adamları olsun və s. başqa mövzularda təmannasız onların işlərinin həll olunması üçün lazımi tədbirlər gördüyünün şəxsən şahidi olmuşam. Həmçinin qədim dəyərlərə, Qafqaz, Anadolu, türk dünyasının və İslam dünyasının dəyərlərini yaşayıb, yaşadan və qoruyan bir şəxsiyyət kimi tanıyıram. O, Türkiyə və Azərbaycan üçün dəyərli insan olduğunu öz fəaliyyəti ilə sübut edir. Onun kimi dəyərli insanların bütün dünyada önəmli olduğunu və belə insanlar çox olduqca bir o qədər də dünyada yaxşılıqların artacağına inanırıq. Buna görə də, Tənzilə xanıma uzun ömür, can sağlığı arzu edirik. Onun etdiyi xeyirli işlər daim olsun.”

 

 

 

 

Məlahət Qurbanova
İş adamı

Tənzilə Rüstəmxanlının doğum günüdür

Dahilərdən hansı birisə söyləmiş ki, üzünü Günəşə tutan insan kölgə görməz. Mən bu sözün həqiqiliyini dəyərli bacım, həyat sirdaşım, ömür-gün dostum Tənzilə xanımın timsalında təsdiq edə bilərəm. Tənzilə xanımın bütün işləri üzü Günəşə tərəf görülən işlərdir. Onun əməlləri də fikirləri kimi qaranlıq tanımaz. Çünki o saf qanlı, təmiz qəlbli türk qızıdır. O, vətənini, millətini sonsuzca sevən vətəndaşdır. Onunla ünsiyyətdə olan hər bir kəs , sanki, illərdir bu gülərüz, təbəssümlü xanımı tanıyır, onunla bir ailənin üzvüdür. Bəzən düşünürsən ki, görəsən bu qeyrət simvolu, əxlaq mücəssəməsi olan xanım-xatın şəxsiyyəti hər kəsdən fərqli edən amil nədir? Həmən 30 illik tarix gözlərim önünə gəlir. Tənzilə xanımı tanıdığım gündən onun mənsub olduğu ailəsini, soy-kökünü, qohum-əqrabasını da tanımışam. Tənzilə xanımın mayası elə yoğrulub, kündəsi elə tutulmuşdu ki, orada ancaq və ancaq halallıq olmuşdur. Bu halallıqlar üzərində böyüyən Tənzilə xanım hər zaman öz ailə ənənələrinə sadiq qalaraq insanlara və insanlığa xidmət etmişdir. Türk olduğunu türkçülüyü ilə, millət sevgisini millətçiliyi ilə, ailə sevgisini sədaqəti, övlad məhəbbəti ilə alovlandıran Tənzilə xanım həmişə hamıdan öndə olmağı bacarıb. Tənzilə xanım ictimai-siyasi həyatda həmişə incə məqamlardan tutmuş, ən ağır məqamlaradək öz məqsədlərinə doğru irəliləməyi bacarmış insandır. O, bütün işləri paralel apara bilmişdir. O Sabir bəy kimi nüfuzlu, türk dünyasında tanınan bir ziyalının, siyasi xadimin xanımı kimi də ağır məsuliyyət daşıyır. Onlar həmçinin cəmiyyətimizə Cəmil bəy, Aydan xanım kimi gözəl övladlar bəxş etmişdirlər. 

Sizi doğum gününüz münasibəti ilə təbrik edir və son olaraq demək istərdim ki, yaxşı ki, varsınız.

 

 

Rauf Arifoğlu 
Yeni Musavat qazetinin rəhbəri
 

Tənzilə Rüstəmxanlının doğum günüdür

Tənzilə Rüstəmxanlı Azərbaycanımızın və bütün türk dünyasının dəyərli, işıqlı simalarından biridir. O, bütün həyatını Azərbaycan davasına, türklük mücadiləsinə həsr edən görkəmli ictimai-siyasi xadim, gözəl ziyalı və gözəl anadır. Tənzilə xanım həm də etibarlı dostdur. Onun bu xarakterini dəfələrlə öz taleyimdə görmüşəm, yaşamışam. Tənzilə xanım özünə dost bildiyi, dost dediyi kimsənin əlini buraxmaz – hər kəs gen günündə də, dar günündə də onu öz yanında, arxasında görəcək. Bu gözəl Azərbaycan qadınının ürəyi etibar və dürüstlüklə döyünür. Tənzilə Rüstəmxanlı taleyinə bölünmüşlük düşən Azərbaycan türklərinin şəfqətli Anasıdır. Özüm şahid olmuşam ki, Türkiyədən, Güney Azərbaycandan gələn onlarla soydaşımız çox zaman onun simasında ölkəmizin mərhəmət və diqqətini üzərlərində hiss ediblər. O, dünyaçı, maddiyatçı deyil – əlində-ovcunda olanları belə davamız uğrunda fəda etməkdən çəkinməz və edər. Çoxlarından çox iş görər, lakin adı çəkilməsə belə, ümumi nəticələrə hamıdan çox sevinər. Ailəsini, övladlarını vətəni kimi sevər, vətəni üçün hər şeyindən keçər. Əziz və dəyərli Tənzilə xanımın doğum gününü təbrik edir, ölkəmin bu qiymətli xanımına uzun, sağlıqlı və bərəkətli ömür arzu edirəm. Allahdan diləyirəm ki, onun ürəyindəki arzular ölkəmdə gerçək olsun, çiçək açsın. Belə olarsa, əminəm ki, hər birimiz və Azərbaycanımız üçün çox yaxşı olar.

 

 

 

 

 

 

 

 

Aqil Ələsgər
“Yenicağ” media qrupun rəhbəri

Tənzilə Rüstəmxanlının doğum günüdür

Bəzi dostlar var ki, normal zamanlarda çox görmürsən. Ancaq ən kritik anlarında, ən şad günündə, dar macalda qalanda sənin “Hızır”ın olurlar. Onlar səndən dəvət gözləməz. Onlar “mənə niyə deməmisən” deyə, inciməz. O anda sənin yanında olurlar. Tənzilə Rüstəmxanlı da o insanlardandır. Dosta yaxşılıq etməyi hamı bacarır, ancaq daim ayağının altını qazanın da əlindən tutmaq ər kişinin, ər xatunun bacaracağı işdir. 10 ildən çoxdur ki, çox yaxından tanıyıram, davamlı bir çox məsələdə məsləhətləşdiyim iki-üç insandan biridir. Mən Tənzilə xanımın elə insanların çox dar zamanında yanında olduğunu görmüşəm ki, açığı bunu ancaq o, bacarar. Tənzilə xanım kənardan çox sərt görünür. Ancaq onun kiminsə işinə yardımçı olduqdan sonra elə məsum sevindiyinin şahidi olmuşam ki, sözlə ifadəsi çox çətindir. Tənzilə Rüstəmxanlı dəyəri 50 il sonra bilinəcək ziyalılarımızdandır. Dəfələrlə haqsızlığa məruz qalsa da, bir gün belə dövlətinin maraqlarını qorumaqdan vaz keçməyən, həyatının ən ağır dönəmində belə Qarabağ üçün şəhər-şəhər gəzərək, Xocalı konfransları təşkil edəcək qədər möhtəşəm bir türk qadınıdır. Turan xocanım deyimi ilə desək, bir türk sultanıdır Tənzilə Sultan!

 

 

 

 

 

Aynur Camalqızı 
“Teleqraf Media Qrupu”nun rəhbəri

Tənzilə Rüstəmxanlının doğum günüdür

Tənzilə xanım Rüstəmxanlının ictimai tanıtımı nədir? O, bir türk milliyyətçisi, türk sevdalısıdır. Türk kimliyi Tənzilə xanımın təbliğatı deyil, ictimai mövqeyi də deyil, yaşam tərzidir, dünyaya baxışıdır, qanında və canında gəzdirdiyi böyük ruh, mənəvi-əxlaqi dəyərlərdir.

Bu barədə həddən artıq çox danışmaq olar və Tənzilə xanımın 3-cü onilliyi tamamlayan bu fəaliyyəti şəffaf, hamının gözü qarşısında olub: heç vaxt istiqamətini dəyişməyib, birmənalı və birrəng mövqeyini daim nümayiş etdirib və bu baxımdan onu hamı tanıyır. 

Ancaq ictimaiyyətə o qədər də bəlli olmayan bir Tənzilə xanım da var: ona müraciət edəni gücü daxilində naümid qoymayan, əlindən gələni etməyə çalışan saf ürəkli xanım, övladları üçün daim narahat olan ana və bir də ideal şair xanımı.

Doğrudan da şair, həm də Sabir Rüstəmxanlı kimi bir şairin xanımı olmaq missiyasını Tənzilə xanım sevə-sevə yerinə yetirir, ərin arxasında, yanında olduğunu, bir çox məqamlarda isə həyatının yoldaşının silahdaşı olduğunu göstərir. Tənzilə xanımın doğum gününü təbrik edir, uzun ömür, can sağlığı, övladları və Türk Dünyası ilə bağlı bütün arzularının çin olmasını arzu edirəm.

 

 

 

Azər Həsrət 
Əməkdar jurnalist, İctima TV və Radio Şirkəti Yayım Şurasının üzvü

Tənzilə Rüstəmxanlının doğum günüdür

Tənzilə Rüstəmxanlı əsl bir Azərbaycanlı xanımı olmaqla iki önəmli vəzifənin öhdəsindən ən yüksək səviyyədə gəlir. Birincisi millətə və onun dəyərlərinə qulluq etməklə, ikincisi isə Azərbaycanın dəyər kişilərindən olan Sabir Rüstəmxanlıya layiqli ömür-gün yoldaşı olmaqla. Azərbaycanın istənilən ağrı-acısı Tənzilə xanım üçün şəxsi ağrı-acıdır. O, bütün fəaliyyəti dönəmində ailənin xanımı və ictimai fəal şəxs kimi örnək olmağı bacarıb. Mən arzu edirəm ki, Tənzilə xanım bu enerji və çalışqanlıqla uzun illər ömür sürsün. Azərbaycan xalqının belə fəal xanımlara çox ehtiyacı var.

Boyukmillet.com xəbər portalı olaraq biz də Tənzilə xanımı təbrik edir, ona bu şərəfli həyat yolunda uzun ömür can sağlığı, uğurlar arzu edirik.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir