Bazar , 28 Aprel 2024
Drone Cameras

Təyyarə yarı yolda eniş etməyə məcbur oldu – səbəbi bütün dünyanı güldürdü

…Yox, təyyardə heç bir nasazlıq olmayıb. Hər şey qaydasında olub, uçuş da öz qaydasında davam edirmiş. Amma qəfildən salonda hay-küy düşüb. Ər-arvad arasında başlayan dava az qala trillerə çevrilib. Nəticədə Doha (Qatar) – Bali (İndoneziya) marşrutu üzrə uçan təyyarənin kapitanı Çennai şəhərində məcburi eniş etməyə qərar verib.

Davanın səbəbi isə daha maraqlıdır. Ərinin yatdığını görən arvad onun barmağını telefonunun ekranına toxundurmaqla giriş əldə edib. Telefonda ərinin yazışmalarını görən qadın onun fasiləsiz olaraq xəyanət etdiyini başa düşüb. Əvvəlcə təhqirlərlə başlayan dava sonra yumruqlaşma səviyyəsinə qalxıb. Ərini yumruqlayan sərxoş arvad təyyarənin ekipaj üzvlərini də döyməyə imkan tapıb. Pilotlar vəziyyətin nəzarətdən çıxdığını təsbit ediblər və enişə qərar veriblər. Ər-arvad təyyarədən düşürüləndən sonra uçuş davam edib. Bununla da bu hadisə “ailə xəyanəti üzündən məcburi eniş” kimi tarixə düşüb…

Qadın özünə gələndən sonra əri və uşağı ilə birlikdə Kuala-Lumpura göndəriliblər və oradan Dohaya qayıdıblar. Ümid edək ki, növbəti reysdə yenidən dava salıb yarı yoldan qayıtmayacaqlar və nəhayət, Bali şəhərinə gedib çıxa biləcəklər. 

 

Boyukmillet.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir