Şənbə , 7 Sentyabr 2024
Drone Cameras

“TARİXİN QAN YADDAŞI” adlı tədbir keçrilib

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Qadınlar Şurasının təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xocalı soyqırımına həsr edilmiş “TARİXİN QAN YADDAŞI” mövzusunda tədbir keçrilib

Boyukmillet.com xəbər verir ki, Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdən öncə “Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma” İ.B. sədri Əlövsət Qasımovun Xocalı faciəsini özündə əks etdirən 1992-ci ildə erməni şovinistləri tərəfindən Xocalıda tanınmaz hala salınmış, min bir işgəncəyə məruz qalmış şəhidlərmizin, hər birinin foto şəklini çəkərək, erməni vandalizmini ifşa edən çox qiymətli tarixi fotolardan ibarət sərgisinə baxış keçirilib.

Tədbiri AMEA-nın Zoologiya İnstitutunun Qadınlar Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Mahmudova açdı və Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Yığıncaqda institutun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov çıxış edərək 27 il əvvəl ermənilərin keçmiş sovet hərbiçilərinin köməyi ilə Xocalıda xalqımıza qarşı törətdikləri soyqırımı bəşər tarixinin ən dəhşətli cinayətlərindən biri kimi qiymətləndirib, məhz ümummilli lider Heydər Əliyev tərəfindən bu qanlı cinayətə siyasi və hüquqi qiymətin verildiyini diqqətə çatdırıb. O, xalqımıza qarşı törədilən qətliamların dünya ictimayyətinin diqqətinə çatdırılmasında Prezident İlham Əliyevin və Heydər Əliyev fondunun əvəzsiz xidmətlərindən danışıb.

E.Yusifov Azərbaycanlılara qarşı həyata keçrilmiş soyqırımı və deportasiyaların tarixinə nəzər salaraq bildirib ki, qan yaddaımıza  çevrilmiş bu hadisə unudulmamalı, soyqırım qurbanlarının  xatirəsi qəlbimizdə əbədi yaşamalıdır.

Sonra çıxış edən Zoologiya  İnstitutunun  Qadınlar Şurasının  sədri ,b.ü.f.d., dosent Yeganə Mahmudova Azərbaycanın xarici siyasətində Xocalı soyqırımının beynəlxalq ictimayyət tərəfindən tanınmasına dair mühüm işlərin aparıldığını söyləyib. O, “Xocalıya ədalət!“ beynəlxalq təbliğat və maarifləndirmə kompaniyasının bu soyqırımın dünyada tanınmasının əhəmiyyətindən danışıb. Y.Mahmudova dünyada 2 ölkənin Xocalıda baş verənləri soyqırım, 11 ölkənin soyqırımı parlament səviyyəsidə tanımalarından, ABŞ-da isə 22 ştatda Xocalı qətliamı haqqında sənəd qəbul edildiyini qeyd edib.

 

 Tədbirdə çıxış edən Beynəlxalq Diaspor Mərkəzinin sədri, Dr. İsmayıl Ağayev Xocalı hadisələrinin beynəlxalq terror aktı olduğunu vurğulayaraq, bu hadisənin günahkarlarının layiqli cəzalarını alacaqlarına əminliyini ifadə edib. O, bu istiqamətdə Azərbaycan Dövlətinin ardıcıl işlər apardığını və bu istiqamətdə Diasporumuzun, QHT-lərin daha da aktiv çalışmasını vurğulayıb.

Tədbirdə həmçinin AMEA Zoologiya İnstitutunun əməkdaşları, AMEA-nın Qadınlar Şurasının sədri f.ü.e.d., porofessor  Rəna Mirzəzadə və AMEA-nın digər İnstitutlarının Qadınlar Şuralarının üzvləri, “Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma” İctimai Birliyinin sədri Əlövsət Qasımov, BMT yanında İnsan Haqları Bürosunun Beynəlxalq Əlaqələr Departamentinin sədr müavini Firdovsi Ələkbərov, Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin və “Milli Dəyərlərin Qorunması“ İctimai Birliklərinin sədrləri və nümayəndələri, Çexiya-Azərbaycan Ticarət Palatasının sədri Zaməddin Musayev, “Vətən Naminə Xalq Hərəkatı” İ.B. və “Cəmiyyət və Qadın” qəzetinin baş redaktoru Mirvari Xəlilzadə qonaq qismində iştirak etmişdilər.

Sonda Xocalı faciəsinə həsr olunmuş “Qəzəb” sənədli filminə baxıldı.

 

 

Check Also

“Əsl millət vəkili necə olmalıdır, istəyirəm onu millətə təqdim edim” – Cahandar Bayoğlu ilə VİDEOMÜSAHİBƏ

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Cahandaroğlu (Bayoğlu) “Meşə” parkında seçiciləri ilə görüşüb.Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir