Şənbə , 27 İyul 2024
Drone Cameras

Terror təşkilatının başındakı ad müəyyən oldu! Hələ 28 yaşında …

Terror təşkilatı Əl Qaidənin keçmiş lideri Usamə Bin Ladenin 28 yaşlı oğlu Həmzə Bin Ladenin qısa müddət içində təşkilatın başına keçməsi gözlənilir. Xarici mətbuat, Həmzə Bin Ladenin təşkilatın yeni üzü mövqeyinə keçərək, terror təşkilatı DEAŞ-ın dağıtma müddəti yaşadığı dövrdə ön plana çıxmağı hədəfləyir.

Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, Həmzə Bin Ladin, keçən il Səudiyyə Ərəbistanına istiqamətli sərt mesajlar vermiş, söz mövzusu ölkədə ‘yalnız qurdların’ terror hücumları tənzimləməsini istəmişdi.

Bin Laden tərəfindən nəşr olunan ikinci səsli mesajda isə Səudiyyə Ərəbistanının qurucusu Əbdüləziz bin Rəhman al Saudı ‘İngilis agenti’ olmaqla günahlandırdı.
CBS News-ə danışan ABŞ xarici işlər səlahiyyətlisi Əli Soufan, Həmzə bin Ladenin daha uşaqkən atasının yerinə keçəcək potensial bir lider olaraq görüldüyünü söylədi. Soufan, “Həmzə bin Ladin təməl olaraq bunu söyləyir. Atama etdiyiniz şey üçün intiqamımı alacağam “

Qeyd edək ki, Həmzə Bin Ladin, ABŞ Xarici İşlər Nazirliyinin terror siyahısında yer alır. ABŞ Xarici İşlər Nazirliyində olan və Həmzə Bin Ladenin 22 yaşındaykən yazdığı məktublarda, söz mövzusu adamın atası Usamə bin Ladenin intiqamını almaq istədiyi ifadə edilir.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir