Şənbə , 2 Noyabr 2024
Drone Cameras

Terrorçular zərərsizləşdirildi

Türkiyədə son 1 həftə keçirilən antiterror əməliyyatlarında PKK-nın 39 terrorçusu zərərsizləşdirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Report “Anadolu” agentliyinə istinadən xəbər verib. 

Qeyd edilir ki, antiterror əməliyyatları Diyarbəkir, Mardin, Tunceli, Siirt, Şırnak, Bitlis, Batman vilayətlərində keçirilib. Terrorçuların Zap, Hakurk, Avaşin-Basyan əraziləriində, İraqın şimalındakı mövqelərinə zərbələr endirilib.

Əməliyyatların gedişində terrorçuların 63 sığınacağı, həmçinin 17 əldəqayırma partlayıcı qurğuları məhv edilib. Təhlükəsizlik qüvvələri xeyli sayda silah-sursat müsadirə ediblər.
Əməliyyat zamanı 1 türk əsgəri şəhid olub, daha 1 hərbçi yaralanıb.

 

Boyukmillet.com

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir