Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

“Tramp istəsə də, istəməsə də, sanksiya həbini udmağa məcburdur”- Politico

Siyasi ekspertlərin rəyinə görə, ABŞ prezidentinin siyasi təcrübəsizliyi və qabiliyyətsizliyi ona parlamentlə çalışmağa imkan vermir

ABŞ Konqresinin Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı qəbul etdiyi qərar Ağ Evin bütün müqavimətinə rəğmən qanun qüvvəsini alacaq. Hər halda Ağ Ev sözcüsü Sara Sandersin prezidentin bəzi redaktələrlə layihəni imzalayacağı barədə sözləri bunu göstərir.

“Konqresdə hər iki partiyanın təmsilçilərinin bu məsələdə yekdil rəyi prezidentə zatən ayrı çıxış yolu braxmır”, – nüfuzlu Politico.com saytının şərhçisi Maykl Krouli yazır.

“Əgər Tramp administrasiyası layihəni veto etsə, bu əsl ağılsız bir hərəkət olacaq. Onsuz da Konqres həmin vetonu dəf edəcək, Vaşinqtondakı rus skandalları isə daha da böyüyərək Tramp üçün təhlükəli hala gələcək”, – Dövlət Departamentində sanksiya siyasəti ilə məşğul olan ekspert müəllifə bildirib.

Müəllif Trampın tələm-tələsik Rusiya ilə münasibətləri düzəltməklə bağlı canfəşanlığının Konqresin hər iki palatasının üzvlərinin ümumi mövqedə durmasına şərait yaratdığını vurğulayıb. Konqresi əsl hiddətləndirən məsələ prezidentin ortada olan təkzibedilməz sübutlara rəğmən rəsmi olaraq Rusiyanın siyasi proseslərə qeyri-qanuni müdaxiləsini etiraf etməməsi olub.

Картинки по запросу trump congress rival

Konqres yeni qanun layihəsi ilə prezidentin sanksiyaları yumşaltmaqla bağlı istənilən addımını izləmək imkanı əldə edir. 
Bir sıra ekspertlər qanunverici palatanın Obamanın İranla bağlı siyasəti yumşaltmasına da qarşı eyni sərtliklə reaksiya verdiyini qeyd edirlər. Həmin vaxtda da Obama parlamentdən Tehranla bağlıı danışıqlara qarışmamasını xahiş etmişdi. Obamanın siyasi təcrübəsi İranla nüvə sazişini imzalamağa imkan vermişdi.

Lakin yerli ekspertlər Trampla bağlı situasiyanın tamam ayrı cür olduğunu bildirirlər.

Onların fikrincə, sanksiyalar haqqında qanun, daha çox “Obamakeyə”(Obamacare) kimi tanınan sığorta sistemi ilə bağlı səsvermənin neqativ nəticələnməsi və nəhayət Ağ Ev aparatının rəhbəri Rayn Pribusun qovulması prezidentlə Konqres arasındakı körpülərin tamamilə yandığını göstərir.

ABŞ konstitusiyasının Tomas Cefferson və Ceyms Medison tərəfindən gətirilən balanslaşdırma və çəkindirmə prinsipi hətta ən xarizmatik prezidenti belə bütün istəklərini həyata keçirməsinə əngəl törədir.

Əgər bir prezident həqiqətən həm daxili, həm də xarici siyasətdə kardinal dəyişiklik yaratmaq istəyirsə onun parlamentin ən azı yarısının həqiqi dəstəyinə malik olması vacibdir.

Картинки по запросу trump congress speech

Hər bir senator və ya konqresmen sadəcə partiyaları adından parlamentdə yer tutan insanlar deyil. Bunlar yüksək ambisiyalar, şəxsi əlaqələr kompleksinə malik, habelə doğma ştatlarında seçiciləri qarşısında öhdəliklər daşıyan siyasətçilərdir. Onların hər biri sözün əsl mənasında öz səsinin qiymətini bilən siyasət alverçisidir.

Ekspertlərin rəyinə görə, Obamanın senator keçmişi siyasi ticarəti aparmaq qabiliyyətini nümayiş etdirməyə imkan verirdi. O başa düşürdü ki, anons etdiyi dəyişiklikləri həyata keçirmək üçün daima alver etməlidir.

Bunun sayəsində prezidentin tam olmasa da siyasi proqramının böyük bir bölümünü gerçəkləşdiməyi bacardığı qeyd olunur.

Siyasi müşahidəçilər Trampla vəziyyətin tamamilə fərqli olduğunu bildirirlər.

Onların fikrincə, Tramp siyasi iyerarxiyadan gəlmədiyi üçün Konqresin işləmə mexanizmini bilmir. Obamadan fərlqi olaraq prezident seçildiyi ərəfədə onun parlamentin bir çox üzvləri ilə şəxsi tanışlığı olmayıb. Həmin adamlarla dil tapmaq yerinə isə prezident daima öz tvitləri, mətbuat konfransları vasitəsilə onlara hücum etməyə başlayıb.

Картинки по запросу trump congress tweets

Nəticə isə göz önündədir. Tramp vəd etdiyi kimi, nə Obamanın sığorta qanununu aradan qaldıra, nə də sanksiyalarla bağlı qərarın qəbul olunmasına mane ola bildi. Prezidentin gücü Konqreslə kulis işlərini aparmağa həvalə etdiyi aparat rəhbəri Rayn Pribusu qovmağa çatıb.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir