Şənbə , 25 Mart 2023

Trampı öldürmək istəyirdi

Britaniya vətəndaşı ABŞ prezidentliyinə namizəd Donald Trampı güllələmək üçün tapançaya əl atdığını etiraf edib.

SİA xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb. Məlumatda bildirilir ki, o özünü bir neçə ittiham punktunda təqsirli bilib.

20 yaşlı Maykl Sendford 18 iyun tarixində Las-Veqasda Trampın çıxışı zamanı polis nəfərinin üzərindən götürməyə çalışdığı tapança ilə ona atəş açmağa çalışıb. Sendford etiraf edib ki, atıcı silahı qanunsuz şəkildə mənimsəməyə çalışıb.   

Əgər cinayəti sübuta yetirilərsə, onu 20 il Amerika həbsxanası gözləyir.

Lakin ittiham olunanın anası jurnalistlərə deyib ki, oğlu bir sıra psixi xəstəliklərə sahibdir. O cümlədən, Maykl autizmdən, depressiyadan və s. xəstəliklərdən əziyyət çəkir. Ana qeyd edir ki, övladı Böyük Britaniyada fəaliyyət göstərən psixiotrik xəstəxanalara yerləşdirilməli, müalicə olunmalıdır.

Check Also

Keçmiş Mədəniyyət naziri Anar Kərimovun kadrı Səxavət…

Ağdaş Regional Mədəniyyət idarəsi Ağdaş, Ucar, Göyçay, Zərdab rayonlarındakı mədəniyyət obyektlərinə nəzarəti həyata keçirtməli olan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir