Şənbə , 27 İyul 2024
Drone Cameras

Türkiyə kəşfiyyatının ölkəyə gətirdiyi PKK/YPG lideri Talal Silo “açdı sandığı, tökdü pambığı” : ABŞ-ın PKK-ya verdiyi əmrlər, silahlar, Qəndildən gələn tapşırıqlar və daha nələr…

Suriyada PKK/YPG-dən qaçan və Türkiyəyə gətirilən Talal Silo danışıb.

Boyukmillet.com Avropa.info-ya istinadən xəbər verir ki, Suriyada Azad Suriya Ordusuna qaçan və oradan da Türkiyə kəşfiyyatına təhvil verilən PKK/YPG sözçüsü Talal Silo Anadolu Agentliyinə verdiyi müsahibədə sensasin faktları açıqlayıb.

– PKK ilə münasibətiniz necə başladı?

İlk öncə Afrində PKK/YPG-dən mənim Səlcuqlular Ordusu qrupuma dəvət gəldi. Ceyşul Suvvarada (İnqilabçılar Ordusu) iştirak etməmi təklif etdilər. Anlaşıb onlara qoşuldum. Afrində PKK-nın lideri Hacı Əhməd Hadro idi. Ceyşul Suvvark hazırlayırdılar. Ərəblərin başında Əbu Əli Berad, Kürdlərin başında Selah Çebbo vardı. Mən də türkmənlərdən məsuliyyətliydim. 2015-ci ilin avqustun əvvəllərində Afrinə getdim. Ceyşul Suvvar rəhbərliyində çalışmışam. Ancaq qərar sahibi biz yox, PKK-lı Hadroydu. Daha sonra SDG-yə qatılacağımı dedilər. İlk toplantını PKK-nın bölgə lideri Şahin Ciloyla apardıq. SDG -nin ilk  iclası okytabrın 15-də oldu. Ancaq Şahin Cilo  iclas tarixi üçün 10 oktyabr 2015-ci yazımızı istədi. Səbəbini soruşduqda, ABŞ-ın Hasekedə YPG-yə silah yardımını 10-15 oktyabr arasında etdiyini söylədi. ABŞ-ın beynəlxalq ictimaiətə vəziyyəti izah etməsi üçün belə etdilər. Guya ki, silahlar YPG-yə deyil, SDG -yə verilir fikiri formalaşdırmaq üçün. SDG belə qurulub.

– ABŞ Xüsusi Qüvvələr Komandanı general Raymond Tomas, “ağıllı bir həmləylə” etibar qazanması üçün YPG-yə SDG adını verdiklərini bildirmişdi. SDG-nin öz kimliyi yoxdurmu?

Bu yalnız bir addır. Başqa bir şey deyil. Biz əmək haqqı daxil hər şeyi YPG-dən alırıq. SDG-ninqurulmasının  əsas səbəbi ABŞ-dır. ABŞ kürdlərə silah vermək istəyirdi. SDG-nin elanı yalnız bir teatrdı. Komponentlərin birliyindən bəhs etdilər ancaq belə bir şey yoxdur. ABŞ liderliyi kürdlərə və PKK-ya verdi. Terrorla mübarizədən bəhs etdilər ancaq baktık ki, ABŞ rəhbərliyi və Şahin Cilo arasında olan razılaşmayla İŞİD-çilərin qaçaqçılığı edilir. SDG üzərindən o bölgədə yaşayan vətəndaşların fikirlərini təsir göstərmək istədilər. SDG-ni  terrorla mücadilə  edən qüvvə kimi təqdim edirdilər. Ancaq bunların üzündən evlər dağıdılıb, xalq deportasiya edildi. Halqa düşərgələrdə belə rahatlıq verilmədi, təşvişə saldılar.

ABŞ bir dövr  silahları YPG-yə deyil, ərəblərə verdiyini iddia edirdi. Bu doğru idimi?

İlk dövrlərdə silahları aldığımıza dair (Amerikalıların verdiyi sənədlərə) yalnız imza atırdıq. Amma bütün silahlar PKK liderlərindən  olan Türkiyə kürdü, Safkan adlı birinə verilirdi . Safkan bu silahları özləri bildikləri yerə aparırdı. Məsələn, Münbiç əməliyyatında bütün silahları kağız üzərində ərəb əsilli Əbu Emcədə təslim etdilər. Bilərək etdilər. Amma bu bir teatrdı. Əbu Emcəd mənə “Böyük miqdarda silaha imza atdırırlar, amma mənə bir dənə də olsun silah vermirlər. Vəzifəm və səlahiyyətim sadəcə imza atmaqdır” deyirdi.

– ABŞ nə üçün belə bir üsul seçdi?

Bütün fikirlər Brett Mcqurk tərəfindən ortaya atılırdı. Rakka əməliyyatı zamanı Mcqurk Ərəb Koalisiyası adında güc qurulmasını istədi. Ərəb Koalisiyanın vəzifəsi sadəcə silahları təhvil almaq idi . Çox böyük miqdarda silah verilirdi. Amma kürdlər istisna olmaqla ərəb, türkmən və süryanilərə yalnız yüngül silahlar verilirdi. Koalisiyanın adı ərəb, ancaq ərəblərin heç bir şeyi yoxdur. Deyrizor hərbi məclisi də yalnız imza atır. ABŞ-ın bundan xəbəri vardı, teatrı özləri qurdu. Bütün bu oyunlar, bir gün bu silahların PKK-ya getdiyinin ortaya çıxmaması üçün edilib. Ancaq biz bu  silahların PKK və YPG-yə getdiyindən əmindik.

– ABŞ verdiyi silahların hara getdiyini, kimə qarşı istifadə edildiyini yoxlayırmı?

Amerikalılar üçün silahların hara gedəcəyi  maraqlı deyil. Bir dəfə də silahları nə etdiyimizi, harada istifadə etdiyimizi soruşmadılar. PKK/YPG-nin “sursatımız bitdi” oyununa da gəlirdilər və dərhal yeni silah təhvili başlayırdı. ABŞ onsuz da ərəb, türkmən və suryanilərin bu oyunda yer almadığını bilir. Obama dövründə məhdud dəstək vardı. Trumpdan  sonra dəstək forması dəyişib. Trumpdan sonra, zirehli texnika da gəlməyə başladı.

Şahin Cilo, Türkiyənin terrora görə axtarışa verdiyi şəxslərin siyahısındadır. Qırmızı kateqoriyadadır və başına 4 milyon pul qoyulub. ABŞ-lı rəsmilərlə pozalar verən Cilonun orada imkanları, təsir gücü necədir?

Alınacaq silahların siyahısını yazırdıq. Sonra siyahı Şahin Ciloya verilirdi. ABŞ rəsmilərinə də o çatdırırdı siyahını.

– SDG adlandırılan terror qrupunu kimlər idarə edir?

Əslində ABŞ idarə edir. Seçkilər keçirilsə də hamısı teatrdır. İşlərin başında Şahin Çilonu durur, müavini Qəhrəmandır. Bu da PKK rəhbərlərindəndir. 3 nömrəli səlahiyyətli mən idim. Hər məqamda PKK-ya aid nəzarət nöqtələri və təqib komandaları var. Məhkəmədə, mülki məclis, səhiyyə və digər hər sahədə PKK-lılar var.

PKK-nın Qəndildəki adamları SDG-də hansı mövqe tuturlar?  

Cilo lider olsa da özündən yüksəkdə bir şəxs var. Bu adam Bahoz Ərdal. Bahoz da təlimatları Qəndildən yəni Səbri Kökdən alır. Ərdal Qəndilə təyin olunanda yerinə Nureddin Sufi gəldi. Ciloya tapşırıqları o verir.

Afrindəki PKK və YPG terrorçuları Hacı Əhməd Hudro, Mahmud Berhudan və Nocindir. İnzibati olaraq bütün region Xəlil Tefdem tərəfindən idarə olunur. Bahoz Ərdal ona göstəriş verir. Münbiçi PKK liderlərindən İsmayıl Direk idarə edir, amma hərbi başçıları Cəmil Məzlumdur. Rakkanın hərbi və mülki rəhbəri Avropadan gətirilən Həsəndir. Deyrizorunkı isə Polad Candır ki, onun özü PKK-nın öndə gələn adlarındandır. Mən də Bahozla münasibətim sayəsində bir dəfə Qəndilə Murad Qarayılan ilə görüşə dəvət almışdım. Gedərkən, şəkillərimiz filan mətbuatda dərc olunarsa problem çıxar deyə ləğv etdilər. Nurəddin Sufi isə Qarayılan açıqlama verdiyi zamanı oraya getdi. Sonra geri gəldi. Gizlincə gedib gəlirdilər. PKK, Saleh Müslimin isə mətbuatındakı rolundan istifadə etdi. Əslində onun heç bir rolu yoxdur. Muxtariyyət idarəçilik elanı zamanı da salonda Müslümü 7-ci sıraya oturtmuşdular. Onun  bu layihədə heç bir yeri yoxdur.

-Nə qədər terrorçu var hazırda ərazidə?

Dəqiq məlumatlar olmasa da, 50 min var. Bunların 70 faizi PKK/ YPG-lidir. Türkmənlər olaraq mənim liderliyimdə 65 nəfər vardı.Ümumiyyətlə orada ərəblər və türkmənləri yox kimi görürlər.

-Qərb ölkələrindən YPG-yə qoşulanlar çoxdurmu? 

Müxtəlif ölkələrdən gəlib YPG-yə qoşulurlar. Qadınlar da vardı. Bəzilərinin reklam məqsədli gəldiyini gördük. Kanadalı bir qadının ölkəsində manken olduğu ortaya çıxmışdı. Onlardan geri qayıdanlar ölkələrində İŞİD-ə qarşı vuruşduqlarını bildirərək, özlərini milli qəhrəman elan etməyə çalışırlar.

SDG üzvləri nə qədər maaş alır?

Maaşlar aylıq 170-200 dollar arasındadır. Liderlər maaşsızdır, lakin qaçaqmalçılıq və rüşvətdən qazanırlar. Mən Şahin Çilodan birbaşa maaş alırdım. Minlərlə dollar alırdım və vəziyyətim yaxşı idi. Digərləri isə Suriya lirəsi alır.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir