Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Türkiyənin ABŞ-dan almaq istədiyi qırıcılar yararsız çıxdı

Bu tip təyyarələrin kiberhücumdan müdafiə səviyyəsi o qədər də yüksək deyil.

Birləşmiş Ştatlar istehsalı olan “F-35” tipli qırıcılar hərbi əməliyyatların aparılması üçün uyğun deyil. Boyukmillet.com “Vif”-ə istinadən xəbər verir ki, bu nəticəyə Birləşmiş Ştatların qeyri-hökumət təşkilatı olan “Project On Government Oversight” (POGO) gəlib.

Ekspertlər vurğulayıb ki, “F-35” tipli qırıcılar azömürlü konstruksiyaya, aşağı atış dəqiqliyə malikdir. Həmçinin bu tip təyyarələrin kiberhücumdan müdafiə səviyyəsi o qədər də yüksək deyil. 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə “S-500” zenit raket komplekslərinin alınmasına dair müqavilənin bağlanmasını istisna etməyib. Türkiyə lideri vurğulayıb ki, “S-400” zenit raketləri ilə bağlı müqavilə artıq bağlanıb və geri addım atıla bilməz.

“Hər şey razılaşdırılıb – kredit şərtlərindən birgə istehsala qədər. İmzalar atılıb, geri addım atıla bilməz. Bu, əxlaqsızlıq olardı. Ümid edirəm ki, biz “S-400”-ün ilk partiyasını iyulda alacağıq. Ola bilsin ki, “S-400”-lərdən sonra biz “S-500″-lərlə bağlı variantları nəzərdən keçirdik” – Ərdoğan bildirib.

Xatırladaq ki, martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar, Rusiyadan “S-400” alarsa, Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino Türkiyənin Rusiyadan “S-400” almasına münasibət bildirib. O, ABŞ-ın “S-400” məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.

“Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün “Patriot” və digər sistemləri təklif edirik. Türkiyənin “S-400” alması Ankaranın “F-35″ qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək” – amerikalı sözçü vurğulayıb.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir