Çərşənbə , 4 Noyabr 2026
Drone Cameras

Türkiyə prezidenti Suriyada yeni hədəfi açıqlayıb

Suriyanın Əl-Bab şəhərini azad etdikdən sonra Türkiyə Silahlı Qüvvətlərinin dəstəklədiyi Suriya azadlıq ordusunun yeni hədəfi Münbiç şəhəri olacaq.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, PYD (PKK-nın Suriya qanadı) terrorçuları şəhərdə yaşayan etnik ərəblərə məxsus Münbiç şəhərini tərk etməlidirlər.

Türkiyə prezidenti deyib ki, PYD terrorçuları tərəfindən yaradılmış Suriya Demokratik Qüvvələri (SDG) Rakkaya hücumda iştirak etməməlidir.

R.T.Ərdoğan Türkiyənin antiterror əməliyyatlarına Rusiya ilə əməkdaşlıq şəklində davam edə biləcəyini də istisna etməyib: “Müvafiq təklif alsaq, Rusiya ilə birlikdə mübarizə apara bilərik.”

Dövlət başçısı vurğulayıb ki, Türkiyə hər hansı şəkildə Suriya ərazisinə nəzarəti əldə saxlamaq niyyətində deyil.

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir