Bazar , 3 Noyabr 2024
Drone Cameras

Türkiyə XİN: Erməni təxribatı beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir (ÖZƏL)

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın son təxribatını kəskin tənqid edib.

Nazirlikdən özəl olaraq Trend-ə bildiriblər ki, Ermənistanın mülki vətəndaşlara qarşı fəaliyyəti qəbuledilməzdir:

“Erməni tərəfinin təxribatı beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Beynəlxalq ictimaiyyət anlamalıdır ki, Ermənistan bu fəaliyyəti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına sistematik olaraq maneçilik törədir”.

XİN-dən bildiriblər ki, beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir.

Türkiyə ATƏT-in Minsk qrupunun üzvlərini münaqişənin sülh yolu ilə həlli üzrə səylərini artırmağa çağırıb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.

Nəticədə Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir