Cümə , 26 Aprel 2024
Drone Cameras

Ukraynalı modellin açıq-saçıq fotosunu paylaşan alim — “Oturduğum yerdə zibilə düşdüm”

Sosial şəbəkədəki profilində ukraynalı model Kristina Virkul Marmuşun açıq-saçıq geyimdə olan fotosunu paylaşan AMEA alimi yaranmış anlaşılmazlığa aydınlıq gətirib.

“Ölkə.Az” xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinin Akademiya şəhərciyinin direktoru Bayram Babayevv açıqlamasında modelin şəklini yanlışlıqla paylaşdığını deyib:

“Vüqar Əhməd o gün mənə dedi ki, sənə feysbukda dostluq təklifi göndərmək istəyirəm. Mən də dedim ki, feysbuk səhifəm yoxdur, heç telefondan başım çıxmır. Dedi ki, bəs açdır, mən də birindən xahiş edib feysbuk səhifəsi açdırdım. Dünən də kosmonavt Oleq Kotov qonağımız idi, istədim feysbukda Kotovun şəklini paylaşım. Səhv salıb Kotovun əvəzinə o qızı paylaşmışam. Elə həmin saat da feysbukdan çıxdım. İki gün idi feysbuka girmişdim, bu gün də çıxdım”.

60 yaşlı alim xəbəri paylaşan saytlardan xahiş edib:

“Bunlar mənə yaraşmayan şeylərdir, texniki səhvdir anidən başıma gəlib. Oturduğum yerdə zibilə düşmüşəm. 60 yaşlı kişiyəm, mənim modellə nə işim var. Biabırçılıqdır, özümü də gülmək tutur. O paylaşımı silmələrini xahiş edirəm, məni biabır etməsinlər, ziyalı adamam”.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir