Cümə axşamı , 2 May 2024
Drone Cameras

Vətəndaşların “Qarabağ” sevinci: “Real”ı, “Barselona”nı Bakıya gözləyirik” VİDEOSORĞU

Ötən gün Qarabağ Azərbaycanın futbol tarixində bir ilkə imza ataraq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Klubumuz Danimarkanın “Kopenhagen” komandası ilə səfər matçında 2:1 hesabı ilə məğlub olub. Lakin iki oyunun nəticəsinə görə Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə yüksələ bilib. Bu qələbə ölkə ərazisində, xüsusən də paytaxt Bakıda böyük sevinc və təntənə ilə qarşılanıb.

Musavat.com-un müxbiri “Qarabağ”ın qələbəsi ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib, onların fikirlərini, sevinclərini videolentə alıb.

Respondentlər “Qarabağ” klubunun qələbəsinə inandıqlarını və rəqib qarşısında layiqli oyun göstərdiklərini bildiriblər. 

“Qarabağın rəqibi hansı komanda olsun” sualına isə əksər iştirakçılar dünya nəhəngləri, İspaniyanın Barselona, Real Madrid, İngiltərənin Mançester Yunayted kimi klubların rəqib olmasını arzulayıblar: “Rəqib nə qədər güclü olsa da, “Qarabağ”ın gözəl oyun sərgiləyəcəyinə inanırıq. “Qarabağ”dan qat-qat güclü komandalar olub, lakin qalib gələ bilmişik. Biz bunu dəfələrlə sübut etmişik. Bu sevinci xalqımıza yaşatdığı üçün komandanın baş məşqçisi Qurban Qurbanova və onun klubuna təşəkkürümüzü bildiririk. Heç bir rəqibdən də çəkinmirik. 

Bakıya “Real”ı, “Barselona”nı gözləyirik”. 

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində 32 klub iştirak edəcək. Bu gün saat 20:00-da qrup mərhələsinin püşkatması olacaq və rəqiblər müəyyənləşəcək.

Daha ətraflı təqdim edəcəyimiz videosorğudan izləyə bilərsiniz. 

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir