Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Xalq artisti yalan məlumat yayan saytlara xəbərdarlıq etdi-Təkzib verin!

Bu gün mətbuatda bəzi müğənnilərin hərbi xidmətdə olmadığı barədə xəbər yayılıb. Siyahıda şou biznes əhlinin üzdə olan sənətçiləri ilə yanaşı, xalq artisti, muğam ustası Mənsum İbrahimovun da adı yer alıb. Movqe.az-a bu barədə açıqlama verən sənətkar bəzi saytlarda yayılan bu xəbərin yalan olduğunu söyləyib. M. İbrahimov bildirib ki, o, 1979-1981-ci illərdə, Moskvada sovet ordusunda hərbi xidmət keçib: “Bu xəbər ağ yalandır. Mən hərbi xidməti 36 il bundan əvvəl, uğurla başa vurmuşam. Xəbərdən də görünür ki, bu sifarişli, qərəzli, həqiqəti əks etdirməyən informasiyadır. Ən azından bu xəbəri yayımlayan saytın əməkdaşı onda belə bir informasiya vardısa, mənimlə əlaqə saxlayıb dəqiqləşdirə bilərdi. Amma müxbr, məlumatın nə dərəcədə həqiqət olub-olmadığını araşdırmadan yalan informasiyanı yayaraq mənim nüfuzuma xələl gətirib. Ona görə bu yalan məlumatı yayan sayt xəbəri təkzib etməsə, onları məhkəməyə verəcəm. Ən azından bu xəbər yayılmazdan öncə mənimlə dəqiqləşdirilməli idi. Amma jurnalist peşə etikasına zidd davranaraq xəbəri qərəzli şəkildə, dəqiqləşdirmədən yayıb”.

Sənətkar Movqe.az saytına əsgərlik şəkillərini də göndərərək yayılan məlumatın yalan olduğunu təsdiqləyib. 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir