Cümə , 3 Dekabr 2021
Home » Dünya » Xarici KİV nümayəndələrinin Cocuq Mərcanlıya səfəri təşkil olunub

Xarici KİV nümayəndələrinin Cocuq Mərcanlıya səfəri təşkil olunub

Bu gün Azərbaycanda akkreditə olunmuş bir qrup xarici Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin Cocuq Mərcanlıya səfəri təşkil olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya verdiyi məlumata görə, səfər prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamdan irəli gələrək Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunub.

Səfərdə “Associated Press, “Reuters” agentlikləri, Türkiyənin TRT kanalı, “Anadolu” xəbər agentliyi, İranın Azərbaycanda fəaliyyət göstərən media qurumları, Rusiyanın mətbuat orqanları, o cümlədən “RiA Novosti”, “İnterfax” və digər KİV nümayəndələri olmaqla, 25 -30 nəfər iştirak edir. Səfər çərçivəsində onlar Cocuq Mərcanlıda aparılan minalardan təmizlənmə fəaliyyəti ilə tanış olacaqlar, planlaşdırılan və görülən işlər barədə məlumat alacaqlar.

Check Also

ÜST: “Omikron” ştamı COVID-19-a təkrar yoluxma riskini artırır”

“İlkin məlumatlara görə, “Omikron” ştamı COVID-19 infeksiyasına yüksək təkrar yoluxma riskinə malikdir, yəni xəstəliyi artıq …