Çərşənbə , 15 Aprel 2026
Drone Cameras

Yerevanda Saakaşvilinin kitabının təqdimatı ləğv edilib

Ermənistanın paytaxtı Yerevanda Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin müəllifi olduğu “Gücün oyanması” adlı kitabının təqdimatı ləğv edilib. APA-nın “Sputnik Armeniya”ya istinadən verdiyi xəbərə görə, tədbirin keçiriləcəyi Yeqişe Çarentsin ev-muzeyindən bildirilib ki, tədbir texniki səbəbdən ləğv olunub.

Məlumata görə, təqdimatın təşkilinə dair razılıq ev-muzeyinin nümayəndələri ilə yanvarın 25-də əldə olunsa da, bir gün sonra tədbirin texniki səbəbdən ləğv olunduğu bildirilib.

“Sputnik Armeniya”nın xəbərinə görə, həm Ermənistanda, həm də Gürcüstanda sosial şəbəkə istifadəçiləri təqdimatın siyasi səbəblərdən ləğv olunduğunu iddia edir.

Belə ki, istifadəçilər kitabın üz qabığının şəklini sosial şəbəkələrdə paylaşaraq təqdimata Ermənistan Mədəniyyət Nazirliyi tərəfindən yasaq qoyulduğunu iddia ediblər. Nazirlik, öz növbəsində, insidentlə əlaqəli olmadığını iddia edib.

Kitabın tərcüməçisi Naapetyan “Facebook” hesabında təqdimatın ləğv olunmasının əsl səbəbindən xəbərsiz olduğunu bildirib.

“Gücün oyanması” adlı kitabın təqdimatının növbəti tarixi fevralın 7-nə təyin olunub. (APA)

Boyukmillet.com

Check Also

ABŞ və İran arasında tarixi görüş BU MƏKANDA KEÇİRİLƏCƏKFOTO

Aprelin 10-na planlaşdırılan İran və ABŞ nümayəndələrinin görüşü Pakistanın baş naziri Şahbaz Şərifin iqamətgahında və …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir