Çərşənbə axşamı , 20 May 2025
Drone Cameras

Yol polisindən hava şəraiti ilə bağlı sürücülərə – XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda o cümlədən Respublikanın bir sıra şəhər və rayonlarında gözlənilən yağışlı və qarlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.

İdarədən Boyukmillet.com-a verilən məlumata görə, sürücülər havanın yağışlı və sulu qarlı olacağını nəzərə alaraq ictimai nəqliyyatdan istifadəyə üstünlük verməlidir, yol və meteoroloji şəraiti nəzərə almağı bacarmalıdır, sürət həddi minimuma enməlidir, ara məsafəsi normadan artıq saxlanmalıdır.

Məlumatda həmçinin bildirilir ki, bütün avtomobillər qış rejiminə hazır olmalıdır: “Sürücülərə tövsiyə edirik ki, avtomobillərini mövsümi təkərlərlə təmin etsinlər”.

Boyukmillet.com

Check Also

Əvəz Zeynallının səhhəti qəfildən pisləşdi – VİDEO

Həbsdən azad olunduqdan sonra müalicə üçün Türkiyə paytaxtına yollanan tanınmış jurnalist Əvəz Zeynallının səhhəti kəskin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir