Burda göstərilən tarixə olan xəbərlər: Cümə, 12 Aprel 2019

Milli Məclisin deputatı Azay Quliyev Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında seçicilərini qəbul edib.

Boyukmillet.com xəbər verir ki, deputat secicilərin sosial, məşğulluq, əmək, mənzil və əmlak məsələləri ilə əlaqədar müraciət və şikayətlərini dinləyib.
Seçicilərin qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Digər müraciətlərin də həlli ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Görüşdə iştirak edən seçici Bahar Əliyeva, S.S.Axundov küçəsi 3, 3A və 3B binalarının sakinləri adından deputat Azay Quliyevə ünvanlanan təşəkkür məktubunu təqdim edərək qeyd edib ki, son 2 il ərzində mövcud olan və onları ciddi narahat edən problem Azay Quliyevin müdaxiləsi ilə aradan qaldırılıb.
Qəbulda Əmək Əhalinin Sosial Müdəfiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Cahandar Axundov Binəqədi rayon Məşğulluq İdarəsinin rəisi Anar Bağıyev və Əmək iştirak edib.

Xatırladırıq ki, Azay Quliyevin rəsmi internet səhifəsində seçicilərin qəbulu üçün onlayn qeydiyyat sistemi (http://azayguliyev.az/qebul.php?cat=112&lang=az) fəaliyyət göstərir. 8 saylı Binəqədi birinci Seçki Dairəsinin seçiciləri elektron müraciət imkanından yararlanaraq deputatın qəbuluna yazıla bilərlər.

  

Nəşr olunub CƏMİYYƏT

“Bəzi məmurların, cavabdeh şəxslərin öz işlərinə məsuliyyətli yanaşmaması üzündən belə vəziyyət yaranır”

img

Son vaxtlar müəyyən vətəndaşların şəxsi işləri və şikayətləri ilə bağlı bir sıra ictimailəşmiş məsələlərin həllinə birbaşa Prezidentin, Birinci vitse-prezidentin müdaxiləsinin şahidi oluruq. Ölkə başçısı humanizm prinsiplərindən çıxış edərək, sözügedən məsələləri nəzarətə götürür və onların həllini təmin edir. Bununla bağlı mövcud problemlər dərhal aradan qaldırılır.

Bu kimi faktların təhlili belə rəy yaradır ki, Prezidentin bəzən reaksiya verməyə məcbur olduğu məsələləri, əslində, yerli məmurlar, nazirlər və ya komitə rəhbərləri səviyyəsində həll etmək mümkündür. Əslində, bütün bunları onlar həll etməlidirlər. Ancaq təəssüf ki, biz bu məsələlərin həll edilmədiyini görürük. Nəticədə bu problemlər böyüyərək şişir, daha sonra ictimailəşir. Vaxtında həll edilmədiyinə görə də ölkə başçısı buna müdaxilə etməli olur. Aydındır ki, Prezident İlham Əliyevin ölkə başçısı olaraq daha böyük və ciddi işləri var. Nəticədə ortaya belə bir mənzərə çıxır ki, bəzi məmurların öz işlərinin öhdəsindən gələ bilməməsi üzündən bu vəziyyət yaranır. Halbuki, bu işlərə cavabdeh olanlar öz məsuliyyətlərini dərk edib vaxtında problemləri həll etsəydilər, belə vəziyyət yaranmazdı. Yəni onların görməli olduğu işi Prezident göməzdi. Təkcə son həftələrdə Prezidentin və Birinci vitse-prezidentin şəxsi nəzarətinə götürülərək həll edilən məsələləri yada salmaq kifayətdir ki, bunun həqiqət olduğunu görə bilək. Bu baxımdan, sözügedən məsələni ekspertlər necə dəyərləndirirlər?

  • Rəsul Cahangirli: “Ona görə də bundan məmurlar, iş adamları və digər cavabdeh şəxslər ciddi nəticə çıxarmalıdırlar”

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bəzi məmurların, cavabdeh şəxslərin öz işlərinə məsuliyyətli yanaşmaması üzündən belə vəziyyət yaranır: “Prezident İlham Əliyev, belə olan halda, məsələyə özü müdaxilə etməli olur. O cümlədən, Birinci vitse-prezident Mehriban Əliyeva bu kimi problemləri həll etməli olur. Dəfələrlə biz bunun şahidi olmuşuq. Son günlər bununla bağlı yaşananlar deyilənlərə əyani sübutdur. Bu onu göstərir ki, bir sıra məmurların görməli olduğu işi ölkə başçısı görməli olur. Həmin məsuliyyətsiz məmurlardan fərqli olaraq, Prezident İlham Əliyev hər zaman öz işinə ciddi yanaşır, xalqın maraqlarından çıxış edir. Ən çətin günlərdə xalqın yanında olur. Necə ki, dəfələrlə bunun şahidi olmuşuq. Bəzi məmurların nöqsanları sayəsində problemlər üst-üstə yığılaraq xoşagəlməz fəsadlara yol açır. Bununla onlar həm də Prezidenti çətin vəziyyətdə qoyurlar. Problemlər vaxtında həll edilsə, vəziyyət bu həddə gəlib çatmaz. Ona görə də bundan məmurlar, iş adamları və digər cavabdeh şəxslər ciddi nəticə çıxarmalı, Prezidenti əlavə işlərlə məşğul etməməlidirlər. Belə halların təkrarlanmasına yol verməməlidirlər”.

Nəşr olunub SİYASƏT

“Dağlıq Qarabağ münaqişəsi müharibə ilə həll ediləcək. Proses bizim təhlükəsizliyimizin möhkəmlənməsi istiqamətində getməlidir. Heç kim indiyə qədər danışıqlarla əraziləri verməyib, yaxud almayıb”.

Bu barədə erməni politoloq Levon Şirinyan deyib.

Şirinyan iddia edib ki, müharibə başlasa, erməni hərbi birləşmələri Kür-Araz çaylarına qədər əraziləri tutacaq.

O, “komandos” ləqəbli general Arkadi Ter-Tadevosyanın erməni ordusunun gücsülüyüzü haqqında dedikləri ilə razılaşmayıb. İddia edib ki, erməni hərbi birləşmələri müharibə aparmaq qabiliyyətindədir.

Qeyd edək ki, Ter-Tadevosyan David Tonoyanı səriştəsizlikdə günahlandıraraq qeyd edib ki, Ermənistanın müdafiə naziri ölkənin ictimai televiziyası vasitəsilə çıxış edərək böyük fikirlər səsləndirir, hərbi əməliyyatlardan danışır: “Bu, onun təcrübəsizliyindən və səriştəsizliyindən irəli gəlir. Əgər sənin xarici diplomatiyan istənilən səviyyədə deyilsə, hansı hərbi əməliyyatlardan danışmaq olar? İkincisi, bu gün Ermənistan ordusu hücum əmrini yerinə yetirmək gücündə deyil. Mən Tonoyana məsləhət görərdim bu cür bəyanatlarla özünü gülünc vəziyyətə saxlamasın. Bu yaxınlarda Meğridəki Aqarak batalyonunda nələrin yaşandığı hamınıza bəllidir. Bunlar sadəcə qığılcımdır”

Nəşr olunub CƏMİYYƏT

Fransa prezidenti Emmanuel Makron ölkədə yaşayan ermənilərə fevralda verdiyi sözü tutub.

Boyukmillet.com xəbər verir ki, o, 24 aprel tarixinin qondarma erməni soyqırımını anma günü kimi elan edib və bu barədə fərman imzalayıb.

Xatırladaq ki, Makron hələ prezidentliyə namizəd olduğu dövrdə seçilərsə, bu barədə qərar qəbul edəcəyinə dair vəd vermişdi:

“Fransa tarixə doğru baxan ölkədir. Biz 1915-ci il hadisələrini soyqırım kimi tanıyanvə 2001-ci ildə isə qanunla rəsmən tanıyan ilk ölkələrdən biri olmuşuq”.

Qeyd edək ki, qondarma erməni soyqırımı erməni xalqının uydurmalarından biri olub Türkiyənin 1915-ci ildə onlara qarşı soyqırım törətdiyini iddia edən bir yalandır.

Məsələ ilə bağlı açıqlama verən Türkiyə XİN başçısı Mevlüt Çavuşoğlu bu fərmanın Avropa İnsan Hüquqları Məhkəməsi və Fransa Konstitusiya Məhkəməsinin qərarlarını açıq şəkildə pozduğunu deyib:

“Makron seçki kampaniyasında ermənilərə verdiyi sözləri tutaraq yenə populism yaratmağa çalışır. Əvvəlcə öz qaranlıq tarixlərinə baxsınlar. Ruanda soyqırımından bu yana 25 il keçib.

Nəşr olunub SİYASƏT
Cümə, 12 Aprel 2019 13:37

Prezident Şeyx Əbdülə ev verdi

Prezident İlham Əliyev tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Mahmudov Abduləhəd Əlirzaoğluna (Şeyx Əbdül Mahmudbəyov) mənzil hədiyyə edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Unikal.org-a kinorejissorun özü məlumat verib:

“Bir müddət öncə Prezident mədəniyyət sahəsində xidmətlərimə görə mənə 3 otaqlı mənzil hədiyyə etdi. Mənzil Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsində yerləşir. Diqqətinə görə Cənab prezidentə təşəkkür edirəm. Bu, mənim yaradıcılığıma verilən böyük qiymətdir. Mənim bu il 75 yaşım tamam olacaq. Ömrümün 60 ilini Azərbaycan mədəniyyətinə həsr etmişəm. Bu mənə böyük hədiyyə oldu. Evin sənədlərini mənə Mədəniyyət naziri Əbülbəs Qarayev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqdim etdi”.

Nəşr olunub CƏMİYYƏT

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının təsviri”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Əsasnaməyə görə, Ali Baş Komandanının bayrağı Azərbaycan Respublikası Prezidentinin rəsmi hərbi simvoludur.

Sözügedən bayraq üç növdə hazırlanır:

 

Etalon (bayrağın orijinalı) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Prezident Sarayında yerləşən xidməti otağında saxlanılır;

Dublikat (bayrağın surəti) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi iştirak etdiyi rəsmi tədbirlərin və digər mərasimlərin keçirilməsi zamanı və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin struktur qurumlarına gəldikdə həmin tədbirin keçirildiyi binanın üzərində, olduğu gəmidə və ya həmin tədbir üçün nəzərdə tutulan salonda (otaqda) qaldırılır (asılır) və ya yerləşdirilir;

Kiçildilmiş ölçülü dublikat (nəqliyyat üçün) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi səfərləri zamanı nəqliyyat vasitəsində quraşdırıla bilər.

Ölçülərindən asılı olmayaraq, bayrağın bütün dublikatları onun etalonunun (orijinalının) təsviri, rəng çalarları və ölçüləri nisbəti ilə eyni olmalıdır.

Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı Dövlət Bayrağından sağda yerləşdirilir.

Ali Baş Komandanının bayrağının təsvirinə gəldikdə isə, Dövlət Bayrağının təsvirinə tam uyğun şəkildə, ikiüzlü qumaşdan hazırlanır və eninin uzunluğuna nisbəti 1:2-dir. 

Bayrağın hər iki üzünün ortasında Ali Baş Komandanının emblemi təsvir edilib. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli həriflərlə “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı kənarı boyu yaşıl zolaqda isə “SİLAHLI QÜVVƏLƏRİNİN ALİ BAŞ KOMANDANI” sözləri yazılıb.

Ali Baş Komandanının emblemi tiyələri yuxarı yönəlmiş çarpazlaşdırılmış qılıncların iti ucları arasında yerləşən Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirindən ibarətdir. Qılıncların tiyələrinin aşağı əsaslarından uclarına doğru hər iki tərəfə dəfnə budaqları yönəlmişdir. Dəfnə budaqları və qılıncların dəstəkləri qızılı, tiyələri isə gümüşü rəngdədir.

Ali Baş Komandanının bayrağının dirəyi girdə taxtadandır. Dirək tünd qəhvəyi boya ilə rənglənir, laklanır və yuxarı ucu aypara ilə səkkizguşəli ulduz formalı nikellənmiş metal başlıqla örtülür.

Nəşr olunub SİYASƏT
”Ötən bir il tərəqqi və inkişaf ili kimi yadda qaldı” - Azay Quliyev
Milli Məclisin deputatı, QHT Şurasının sədri Azay Quliyev İlham Əliyevin Prezident seçilməsinin 1 ili münasibətilə "Tvitter" hesabında status yazaraq, bu dövrü müsbət qiymətləndirib.
Boyukmillet.com-un məlumatına görə, Azay Quliyev fikirlərini sosial şəbəkə hesabında qeyd edib: 

“Bu gün cənab İlham Əliyevin yenidən Prezident seçilməsinin 1 ili tamam oldu. Keçən bir il modern Azərbaycan quruculuğu, yeni islahatların başlanğıcı, sosial problemlərin həlli, böyük əfv, vətəndaş-prezident birliyinin daha da güclənməsi, tərəqqi və inkişaf ili kimi yadda qaldı”. 

Nəşr olunub SİYASƏT

Reytinq