Burda göstərilən tarixə olan xəbərlər: Bazar, 07 Aprel 2019

img

İranın ali lideri Ayətullah Əli Xameney, İraqın şiə baş naziri Adil Abdülmehdini ABŞ qoşunlarını öz ölkəsindən çıxarmağa çağırıb.

Boyukmillet.com Euronews-a istinadən xəbər verir ki, Xamenei, İranda səfərdə olan İraq baş naziri Abdülmehdidən, ABŞ əsgərlərini ən qısa müddətdə İraqdan çıxarmasını istəyib.

"Amerika qoşunlarının İraqdan çıxarılmasını qısa müddətdə təmin etməlisiniz. Çünki onları uzun müddət qaldıqları ölkələrdən çıxarmaq çətin olur" - İranın ali lideri deyib.

Dini lider, İraq parlamenti, hökumət və siyasətçilərə xəbərdarlıq edərək, Vaşinqtonun onları siyasi sahədən silmək niyyətində olduğunu deyib. Xamenei, Vaşinqton rəhbərliyinin bu ölkədə uzun müddət qalmağı və işğalın ilk illərindəki kimi bir hökumət qurmağı planlaşdırdığını ifadə edib.

 

Nəşr olunub DÜNYA

Xəbər verdiyimiz kimi, “Space” telekanalı “Hər Səhər” verilişində müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun mahnını söyüşlə oxuması səbəbindən Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən cərimələnib.

Boyukmillet.com bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, efir zamanı mikrofonları bağlamağı unudan səs rejissoru işdən qovulub.

Həmin videoda qeyri-etik ifadələrdən öncə müğənni Rəşad İlyasovun mikrofonun bağlı olduğu görünür. Belə ki, o, mikrofonunu işarə edəndən sonra sənətçinin səsi efirə verilir. Ardınca isə həmin etik olmayan kəlimələr efirdə dilə gətirilir.


*Qeyd edək ki, videoda yaş məhdudiyyəti tələb edən ədəbsiz ifadələr var. Bu sözlər efirdə yayımlansa da, biz oxucularımıza bir daha xəbərdarlıq edirik.

Nəşr olunub CƏMİYYƏT

Bu gün  “Türküstan” qəzetinin ,  turkustan.info saytının baş redaktoru və "Ortaq Dəyərlər" ictimai birliyinin sədri  Aqil Camalın doğum günüdür. Onun 43 yaşı tamam olur.

Aqil Camal ad günündə Modern.az-ın suallarını cavablandırıb və təəssüratlarını bölüşüb. QHT.az həmin müsahibəni təqdim edir.

 

- Doğum gününüzü dostlarla qeyd edəcəksiniz, ya iş kollektivinizlə?

 

- Doğmalarla tez-tez görüşmək imkanım çox azdır. Ona görə də bayram və ad günlərimizi fürsət kimi dəyərləndirərək bir yerə toplaşırıq. Bu gün də həmin ənənəyə uyğun olacaq.

 

- Həmkarlarınızdan təbriklər aldınızmı? Ən yaddaqalan, fərqli təbrik hansı jurnalist həmkarınızdan gəldi?

 

- Hazırda kommunikasiya imkanları o qədər genişdir ki, belə özəl günlərdə sanki təbrik seli ilə qarşılaşırsan. Yəqin ki, hər kəsdə belədir. Ona görə də, bu gün ən müxtəlif vasitələrlə çoxsaylı təbriklər aldım. Hər biri dəyərli olduğu üçün fərqləndirmək istəməzdim. Ümumən isə düşünürəm ki, istər bayram günlərində, istərsə insanların özəl günlərində təbriklər şablondan uzaq olmalıdır. Bir insan haqqında demək istədiyin söz, fikir varsa, onu həmin gün deyə bilərsən.

 

- Rəhbərlik etdiyiniz sayt və qəzet türkçülüyü öndə tutur. Bu ideologiya sizin üçün nəyi ifadə edir?

 

- Yeniyetməlik yaşlarımdan milli kimlik duyğuları mənimlə birgə olub. Və son nəfəsimədək də ən ali duyğum olacaq. Eyni zamanda, qəti fikrimdir ki, ölkəmizin, millətimizin gələcəyi, uğuru, torpaqlarımızın işğaldan azad olunması, Kəlbəcərdəki ata evimə yenidən qovuşmağımın tək yolu bölgədə böyük gücə çevrilməyimizdən keçir. Bunun üçün özümüzü birinci 50 milyonluq Azərbaycan xalqı və böyük coğrafiyanı əhatə edən Türk Dünyasının bir parçası kimi hiss etməliyik. Bu yaxınlarda Paşinyanın İrandakı hoqqabazlığına Güney Azərbaycanda verilən layiqli cavab bir daha göstərdi ki, nicatımız böyük birliyimizdədir. Bu baxımdan, həm özüm bir mediaçı, ictimai fəal olaraq həm də saytımız, qəzetimiz bu ideyaları əsas tutaraq fəaliyyət göstərir.   

 

- Jurnalistika sizin üçün nə deməkdir?

 

- Media fəaliyyəti mənim hər şeydir. Hüdudsuz məkandır, özümüifadə meydanıdır, dostlarımın olduğu cameədir, zövq aldığım işdir. Heç bir məmur işini media işinə dəyişmərəm. 

Nəşr olunub CƏMİYYƏT

Reytinq