Burda göstərilən tarixə olan xəbərlər: Bazar Ertəsi, 27 May 2019

Yasemen Mohubbetqizi adlı şəxsin şəkli.

boyukmillet.com xəbər verir ki, İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədr müşaviri "Dövlət və Qanun" qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızından aldığımız məlumata görə bu gün Nərimanov rayonunda fəaliyyəti ilə cəmiyyətdə yaxşı imicə malik, Pişəvari adına Humanitar Liseydə 2300 nəfər arasında müxtəlif siniflərə qəbul imtahanlar keçirildi.
İmtahan təhsil Nazırliyinin təyin etdiyi müəlimlər və könüllülərin nəzarəti ilə keçiridi.

Yasemen Mohubbetqizi adlı şəxsin şəkli.
 
Yasemen Mohubbetqizi adlı şəxsin şəkli.
Yasemen Mohubbetqizi adlı şəxsin şəkli.
Yasemen Mohubbetqizi adlı şəxsin şəkli.
 
Nəşr olunub CƏMİYYƏT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə açıq havada 28 May Respublika günü qeyd edilib.

Moskvada 28 May Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi tərəfində velotur təşkil edilib.

boyukmillet.com xəbər verir ki, Heydər Əliyev fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən tədbir M.V Lomonosov adına Moskva Dövlət Universitetindən başlayaraq Qorki bağına kimi davam edib.

Rusiyanın müxtəlif universitetlərində təhsil alan 100-ə yaxın tələbə Azərbaycan və Rusiya bayraqları ilə 10 km-ə yaxın məsafəni qət edərək, Qorki bağında rusiyalılara Azərbaycan musiqisini və milli rəqslərini nümayiş etdiriblər.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvü Ceyhun Hüseynov çıxışında Leyla Əliyevaya təşəkkürünü bildirərək, veleturun mahiyyətinin Azərbaycan həqiqətlərinin Rusiya cəmiyyətinə çatdırılması və gənclərdə vətənpərvərlik hissinin artırılması olduğunu qeyd edib.

"Report"a açıqlamasında isə Ceyhun Hüseynov 28 May Respublika gününün açıq havada təşkil olunmasında məqsədin moskvalıların və şəhərin qonaqlarının milli bayramımızla daha yaxından tanış olmamaları və gənclərə sağlam həyat tərzini aşılamaq olduğunu bildirib.

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə açıq havada 28 May Respublika günü qeyd edilib




Nəşr olunub SİYASƏT

Elxan Şahinoğlu: “ABŞ və Avropanın hər hansı bir məsələdə Gürcüstana münasibəti daha istidir”

ABŞ prezidenti Donald Trump Azərbaycan prezidenti İlham Əliyevə və Gürcüstanın baş naziri Mamuk Baxadzeyə təbrik məktubu göndərib. Azərbaycana göndərilən təbrik məktubu 28 May Respublika Günü ilə bağlıdır. Bu məktubda Donald Tramp bildirib:

“28 May - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Amerika xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. 1918-ci ildə həmin gün Azərbaycanın müstəqilliyi elan olunub və Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Yüz ildən artıq bir vaxt keçdikdən sonra Amerika Birləşmiş Ştatları bütün azərbaycanlılarla birlikdə bu nailiyyətləri qeyd etməkdən məmnundur. Dövlətlərimiz arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur. Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində sizin liderliyinizi dəyərləndirirəm. Azərbaycanda islahatlar istiqamətində, xüsusilə də qanunun aliliyi sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək və əməkdaşlığımızın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayırıq. Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və dayanıqlı həlli istiqamətində ATƏT-in Minsk qrupu prosesində sizin şəxsi iştirakınızı təqdir edirik. Tərəfdaşlığımızın gələcək illərdə də inkişaf etməsini səmimiyyətlə arzulayıram. Xahiş edirəm bu əlamətdar ildönümü münasibətilə bir daha təbriklərimi və ən xoş arzularımı qəbul edəsiniz”.

Gürcüstanın Müstəqillik Günü ilə bağlı göndərilən təbrik məktubunda isə ABŞ lideri bu ölkənin suverenliyini, ərazi bütövlüyünü dəstəklədiyindən danışır və Gürcüstana qlobal çağırışlara, xüsusilə də terrorla mübarizəyə qarşı verdiyi töhfələrə görə minnətdarlığını bildirib. Bəs nə üçün D.Trampın məktubunda torpaqlarının bir hissəsi işğal altında olan Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edilmir? ABŞ-ın bu cür fərqli yanaşmasının səbəbi nədir?

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirdi ki, əslində hər zaman Avropa və Amerikanın Gürcüstana olan münasibəti, Azərbaycanla müqayisədə fərqli olub: “Belə ki, müşahidə edirik ki, ABŞ və Avropanın hər hansı bir məsələdə Gürcüstana münasibəti daha istidir. Bəllidir ki, hazırda Gürcüstanın Rusiya ilə problemləri mövcuddur. Amerika da eyni zamanda, Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Ona görə də Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyirlər. Əslində deyim ki, bu məsələdə günahı Trampda axtarmaq olmaz. Deyərdim ki, günah bu sənədi hazırlayandadır. Çünki Trampın özü Cənubi Qafqaz haqqında elə də böyük bilgilərə sahib deyil. Buna görə də məsələ ilə bağlı sualları Trampa deyil, onu hazırlayanlara vermək lazımdır. Soruşmaq gərəkdir ki, necə olur, Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyiniz halda, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ikili münasibət sərgiləyirsiniz. Dövlət Departamenti, yaxud da Ağ Evdə olan müşavirlərin məsələdə əli ola bilər. Ancaq yuxarıda da qeyd etdiyim kimi, əsas məsələ budur ki, Gürcüstanın hazırkı şəraitdə Rusiya ilə münasibətləri gərgindir. Ona görə də Qərb Gürcüstanın ərazi bütövlüyü məsələsini belə formada dəstəkləyir. Təsəvvür edin ki, Azərbaycan Ermənistanla deyil, Rusiya ilə eyni münasibətdə olsaydı, məsələ fərqli olardı. O zaman Gürcüstana göstərdikləri münasibəti Tramp və sənədi hazırlayanlar Azərbaycana da sərgiləyərdilər”.

Politoloqa görə, ABŞ-ın Azərbaycana qarşı münasibətində problem yoxdur: “Açıq demək lazımdır ki, onsuz da ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Tramp İlham Əliyevə dəfələrlə məktublar göndərib. Bundan başqa ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bölgədə olduğu zaman biz bu kimi nüansları müşahidə etdik. Xatırlayaq ki, Bolton həm Bakıda, həm də İrəvanda oldu. İrəvanda açıq şəkildə dedi ki, Ermənistanın inkişafını istəyirsinizsə, Azərbaycan və Türkiyə ilə münasibətlərini qaydaya salması vacibdir. Bu baxımdan əslində Amerikanın bizə qarşı münasibətində elə də böyük problem yoxdur. Ancaq könül istərdi ki, göndərilən məktubda da məzmun eyni olsun. Burada Gürcüstanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsi ifadə olunduğu kimi, Azərbaycana qarşı da bu cür məktub göndərilməli idi. Lakin Rusiya amilinə görə burada fərq var”.

Politoloq Gürcüstanın Qərbə yaxınlaşması məsələsinə də toxundu: “Gürcüstanın son zamanlar Qərbə yaxınlaşması istiqamətində elə də böyük ciddi irəliləyişlər müşahidə olunmur. Prezident seçkilərindən, İvanaşvili hakimiyyətə gəldikdən sonra onun kadrları Qərb istiqamətində elə də böyük addımlar atmadılar. Baxmayaraq ki, indiki prezidentin özü Fransa vətəndaşıdır. O, Fransanın Xarici İşlər Nazirliyində çalışıb, Gürcüstanda səfir olub. Saakaşvili dövründə Qərbə doğru yaxınlaşma birmənalı idi. NATO, Avropa İttifaqına üzvlük hədəf qoyulmuşdu. Eləcə də qoyulan hədəf istiqamətində konkret addımlar atılırdı. İndiki hökumət də bu prosesi dəstəkləyir. Lakin xüsusi canfəşanlığı görmürük”.

Nəşr olunub SİYASƏT
 Prezident Cümhuriyyət abidəsini ziyarət etdi - FOTOLAR
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.
boyukmillet.com xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı abidənin önünə əklil qoyub. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.















Nəşr olunub RƏSMİ XRONİKA

Reytinq