Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə Axşamı, 07 May 2019

Bu gün Biləsuvar rayonunda İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşəbbüsü ilə Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan biləsuvar məktəb-litsey kompleksində "Vətən saatı" adli lahiyə çərçivəsində bir qrup şagirdlə görüş keçirilib. 
 
Mia.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan litseyin direktoru Bəhruz Mehdiyevkompleks haqqında qonaqlara məlumat verib və daha sonra vətənpərvərlik istiqamətində litseydə həyata keçirilən proqramlar haqqında danışıb.
 
"Vətən saati” lahiyəsinin ideya müəllifi, yaziçi-publisist Azər Hacibəyli şagirdlər qarşısında çıxış edərək, Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığının hər bir gəncə nümunə olduğunu bildirib. O, Milli Qəhrəmana həsr etdiyi kitabla bağlı da fikirlərini bölüşüb. 
 
Tədbirdə İSBAM sədri Samir Adigözəlli çıxış edərək şagirdləri və tələbələri vətənpərvərlik ruhunda tərbiyələnməyi ilə yanaşı, elmi biliklərə dərindən yiyələnməklərinin vacibliyini diqqətə çatdırıb. 
 
Daha sonra İSBAM sədrinin müşaviri, "Dövlət və Qanun" qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı şagirdlər qarşısında çıxış edərək, şagirdlər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə şəhidlərimiz haqqinda inşa yazı müsabiqəsinin keçirilməsini təklif etdi. 
 
Görüşdə iştirak edən dünya çempionu Araz Musayev, QHT rəhbəri Azər Həsənsoy, Hüquqşunas Ramil Rüstəmov da çıxış edərək şagirdlərə vətənpərvərlik istiqamətində tövsiyyələr verib. Azərbaycanın gələcək inkişafında gənclərin rolundan danışdılar. 
 
Tədbirdə Azərbaycanın ordu quruculuğu ilə bağlı sənədli film nümayiş etdirilib və şagirdlərlə mövzu ətrafinda maraqlı dialoq aparılıb. 
 
Sonda İSBAM sədri litsey rəhbərinə səmimi qəbula, görüş üçün yaradılan şəraitə görə təşəkkürünü bildirdi. Milli Qəhrəman Mübariz İbrahimovun abidəsi önündə litseyin bir qrup əlaçı şagirdləri ilə xatirə şəkli çəkilib.

Nəşr olunub CƏMİYYƏT

"Təklif edirəm ki, Azərbaycanın dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yatımlansın. Eyni zamanda, həmin dövlətlərin də dövlət və ictimai televiziyaları da Azərbaycanda yayımlansın"

boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, bununla yanaşı televiziya sahəsində qarşılıqlı əlaqələr qurulmalı və dövlətlərin milli bayramları da efir vasitəsilə yayımlanmalıdır: "Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziyalar bir-birilə əlaqələrini qurublar. Niyə görə bizim televiziya kanallarının yerli kabel şəbəkələrində təmsilçiliyi təmin olunmur? Təəssüflər olsun ki, Azərbaycan televiziyalarının nə qazaxıstanda, nə də Qırğızıstanda yayımlanmasına rast gəlinmir".

Ə.Həsənov qeyd edib ki, hazırda dövlətlərarası əlaqələr müəyyən platformada həyata keçirilir: "Türk Dövlətləri Birliyi Şurasının qəbul etdiyi qərarlar liderlərin iradəsini həyata keçirir. Türk Şurası yaradıldığı 2012-ci ildən bu günə qədər üzv dövlətlərlə qarşılıqlı əlaqələrlə fəaliyyət göstərir. Türk Şurasına üzv dövlətlərin nümayəndələri ilə birlikdə biz qarşılıqlı əlaqələri müzakirə etmişik".

Prezident köməkçisi xatırladıb ki, 4 il öncə Astana görşündə televiziya sahəsində vahid platformanın yaradılması və bunun inkişaf etdirilməsi müzakirə olunub: "Təəssüflər olsun ki, bu, hələ də kağız üzərində qalır. Çünki vahid platforma əsasında yaradılacaq televiziyanın yerləşəcəyi yer və maliyyə məsələləri hələ də öz həllini tapmayıb".

"Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var və 1 milyondan artıq qaçqın və məcburo köçkünlərimiz var. Yaxşı olardı ki, Türk Şurasına üzv dövlətlərində televiziya vasitəsilə Azərbaycan həqiqətləri də türk qardaşlarımıza çatdırılsın", Ə.Həsənov vurğulayıb.

Nəşr olunub SİYASƏT

Türkiyə Yüksək Seçki Kurulunun (YSK) İstanbulda bələdiyyə seçkilərinin nəticələrini ləğv etməsindən sonra sakinlər küçələrə çıxaraq etiraz ediblər.

Turkustan.info-nun məlumatına görə, Ekrem İmamoğlu Beylikdüzündəki Yaşam Vadisində iftar süfrəsində YSK-nın qərarı ilə bağlı qısa açıqlama verib.

E.İmamoğlunun açıqlamasından sonra vətəndaşlar ona dəstək üçün əllərinə Türk bayrağı alaraq küçələrə çıxıblar.

Nəşr olunub DÜNYA

Türkiyə Ali Seçki Komissiyası (YSK) yekun qərarını açıqladı.

Boyukmillet.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə YSK-nın yazılı açıqlamasında bildirilib.

YSK-nın qərarı ilə İstanbulda seçkilərin nəticəsi ləğv edilib və İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun səlahiyyətinə xitam verilib.

YSK İstanbulda  yeni bələdiyyə seçkilərinin iyunun 23-də keçirilməsinə qərar verib.

Nəşr olunub DÜNYA

“Aparılan çevik diplomatik siyasət ermənilərin Latın Amerikası regionunda nüfuzunu sarsıdır”

img

Məlum olduğu kimi, erməni lobbisinin Latın Amerikası ilə böyük əlaqələri var. Bir vaxtlar Almaniyadan ora getmiş faşistlər necə böyük əlaqələrə malik idilərsə, o cümlədən, ermənilərin də bu regionda geniş əlaqələri qurulub. Bu əlaqələrin nəticəsi idi ki, Uruqvay hələ 1965-ci ildə qondarma “erməni soyqırımı”nı ilk tanıyan ölkə olub. Belə ki, həmin il bu ölkənin parlamentinin aşağı palatası qondarma “soyqırımı” tanıyıb.

Ermənistan Latın Amerikası ilə əlaqələrindən istifadə edərək Dağlıq Qarabağdakı separatçı qurumu bəzi region ölkələrində tanıtmağa cəhd etdi. Ancaq Azərbaycanın uğurlu diplomatik fəaliyyəti nəticəsində ermənilərin bu cəhdləri fiaskoya uğradı. İlk əvvəl separatçı rejimin “müstəqilliyini” Uruqvayda tanıtmağa cəhd etdilər. Ancaq Uruqvay tərəfi məsələyə aydınlıq gətirərək ermənilərin dediklərini təkzib edib.

Bununla yanaşı, xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşündə bəyan etdi ki, Azərbaycan və Uruqvay arasında bir sıra sahələr üzrə sazişlər imzalanacaq.

Uruqvaydan sonra ermənilər Argentina ilə də bağlı analoji vəziyyətlə üzləşdilər. Argentina Xarici İşlər Nazirliyi yaydığı notada bəyan etdi ki, bu ölkə “Artsax”ı beynəlxalq hüquq çərçivəsində müstəqil və suveren dövlət kimi tanımır. Həmçinin, bu günlərdə Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo ilk dəfə olaraq ölkəmizdə rəsmi səfərdə olub və keçirdiyi bütün görüşlərdə Argentinanın yuxarıda qeyd olunan mövqedən cıxış etdiyini və ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bəyan edib.

Bütün bunlar erməni lobbisinin Latın Amerikası regionunda nüfuzunun sarsıldığının əyani göstəricisi sayıla bilərmi? Ekspertlər bunu necə dəyərləndirirlər?

 

Məhəmməd Əsədullazadə: “Aparılan danışıqlar ermənilərin bu avantürasının qarşısının alınmasında mühüm rol oynadı”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, son vaxtlar Ermənistan tərəfinin Qarabağda separatçı rejimin Avropada və digər ölkələrdə tanıtmaq cəhdləri uğursuzluğa düçar olduğuna görə rəsmi İrəvan Latın Amerikası ölkələlərinə üz tutub: “Təbii ki, burada erməni diasporunun mövcudluğu, lobii dairələrinin fəaliyyəti səbəbindən separatçı qurumun bu ölkələrdə tanınmasına cəhd edilir. Qondarma qurumun “nümayəndələrinin” Ermənistan pasportları ilə Latın Amerikası ölkələrinə səfəri, görüşlər keçirməsi Azərbaycanı narahat edir. Çünki Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən tanınıb. Belə olan halda, sözügedən cəhdlərin qarşısı alınmalıdır. Hazırda Azərbaycanın xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlıq genişlənir. İkitərəfli viza rejiminin aradan qaldırılması və Uruqvay, Argentina, Braziliya rəsmilərinin ölkəmizə səfəri, aparılan danışıqlar ermənilərin bu avantürasının qarşısının alınmasında mühüm rol oynadı. Latın Amerikası ölkələri BMT-də Azərbaycanın ərazi bütövlüyünə səs verən dövlətlərdir. Ermənistan tərəfi çalışacaq ki, Latın Amerikasında üzləşdiyi fiaskonun əvəzini Afrikada çıxsın. Yəni Afrikada bu yöndə fəaliyyətləri ola bilər. Rəsmi Bakının hazırkı diplomatik həmlələri, Uruqvay, Kolumbiya, Panama kimi ölkələrlə diplomatik əlaqələri inkişaf etdirməsi gələcəkdə bu kimi problemlərin yaşanmasının qarşısını alacaq. Hesab edirəm ki, aparılan çevik diplomatik siyasət ermənilərin Latın Amerikası regionunda nüfuzunu sarsıdır. Bununla belə, Latın Amerikası ölkələrinin bəzilərində səfirlik və diplomatik korpuslar açmaq lazımdır ki, bu istiqamətdə işlər aparılsın. Artıq Latın Amerikası ölkələri də passiv siyasətdən yeni dünya siyasətinə keçirlər. Ona görə də bu ölkələrlə sıx əməkdaşlıq etsək, Ermənistanı pat vəziyyətində qoya bilərik”.

Vidadi ORDAHALLI

Nəşr olunub SİYASƏT

Reytinq