İran televiziyası türkləri təhqir etdi (VİDEO)

06 Apr 2018
173 baxış

Türklər növbəti dəfə İran televiziyasında təhqir olunub.

Bu dəfə türklər Novruz bayramı verilişlərində, daha dəqiq desəsək “Kalanşəhər” serialında bir aktyorun simasında təhqirə məruz qalıb.

Müəllifi və rejissoru Xosrov Kərimi olan “Kalanşəhər” serialı 10 bölümdən ibarətdir. Serialda Azərbaycan türkü olan Ayaz adlı bir kəndlidən bəhs olunur. İş, şöhrət və pul əldə etmək üçün Tehrana gedən Ayazla digər aktyorla arasındakı dialoqda bəzi türk sözlərindən də istifadə olunur. Videoda göründüyü kimi, Ayaz qorxaq, sadəlövh və gerizəkalı bir insan kimi təsvir olunur, ona “eşşək” kimi təhqiramiz sözlərlə xitab edilir.

Türk ləhcəsi ilə fars dilində danışan Ayazın bütün hərəkətləri davamlı olaraq gülünc doğurur. Bu vəziyyət seriyalın bütün bölümlərində müşahidə olunur.

İranda Türk kimi təqdim olunan aktyorlara aşağılayıcı rolların verilməsi faktına hər zaman rast gəlinir. Ölkə televiziyalarında ən çox türk və ərəb millətlərinə qarşı irqçi hərəkətlərə yol verilir. Elə son günlərdə ərəblər televiziyada kimliklərinin təhrif etdildiyinə görə Əhvaz şəhərində kütləvi etiraz aksiyaları keçirdilər. Belə aksiyalar, hətta daha şiddətlisi Güney Azərbaycan şəhərlərində dəfələrlə keçirilib.

(gunaz.org)

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq