Bakıda daha bir binada partlayış: Dağıntılar altında qalanlar var

30 Yan 2018
227 baxış

Paytaxtda daha bir yaşayış binasında partlayış olub.

Boyukmillet.com apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 86 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Yaşayış binasının 2-ci blokunda baş verən partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.

Dağıntılar altında qalanların olduğu ehtimalı da var.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq