Ukraynada iki azərbaycanlı Türkiyə vətəndaşını qaçırmaq şübhəsi ilə saxlanılıb

22 Okt 2018
112 baxış

Ukraynanın Lvov şəhərində polis pul tələb etmək məqsədilə adam qaçırmaq şübhəsi ilə iki Azərbaycan və bir Türkiyə vətəndaşını saxlayıb.

"Report" xəbər verir ki, bu barədə Lvov Milli Polisinin Mətbuat xidmətindən bildiriblər.

Hadisə oktyabrın 21-də baş verib. Polisə Türkiyə vətəndaşının qaçırılması ilə əlaqədar zəng daxil olub. Zəng edən şəxs naməlum şəxslərin bir şəxsi silahla təhdid edərək zorla avtomobilə mindirdiklərini və onu naməlum istiqamətə apardıqlarını bildirib. Cinayətkarlar qaçırdıqları şəxsin azad edilməsi üçün onun tanışından - həmyerlisindən 100 min dollar tələb ediblər.

Şübhəlilər saxlanılıb, faktla bağlı qanunsuz azadlıqdan məhrumetmə və ya adam qaçırılması və hədə-qorxu ilə tələbetmə maddələri ilə cinayət işi açılıb.

Cinayət işi üzrə məhkəməyəqədərki araşdırma aparılır.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq