Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə, 07 Mart 2018
Cümə Axşamı, 08 Mart 2018 00:07

Matinli kəndi işğaldan azad olundu - Video

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin Çaranlı, Harabat Çaranlı və Şirkan kəndlərini terrorçulardan azad edib.

Bununla da Türkiyə ordusu Afrinin mərkəzinin 5 kilometrliyindəki Şeran bölgəsini ələ keçirib.

Sözügedən bölgənin alınması Afrin əməliyyatının sürəti baxımından xüsusi önəm kəsb edir.

***

18:37

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) daxil olduğu Şeran bölgəsindən terrorçularla silahlı atışmaların görüntüləri yayılıb.

***

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) birgə əməliyyatları nəticəsində Afrində daha 2 kənd terrorçulardan təmizlənib.

Tall Hamu və Matinli müttəfiq orduların nəzarətinə keçib.

Bundan əlavə, bildirilib ki, Cinderes bölgəsi mühasirəyə alınıb və buradakı terrorçuların mövqelərinə aviazərbələr endirilib. (Axar.az)

 

Nəşr olunub DÜNYA

Terrorçu PKK/YPG-PYD-nin başqa ad altında fəaliyyət göstərən "Suriya Demokratik Qüvvələri"nə (SDQ) bağlı 1700 terrorçu Afrinə göndərilib.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə "Suriya Demokratik Qüvvələri"nin təmsilçisi bildirib.

Qeyd edək ki, ABŞ SDQ-ni terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə üçün hazırladığını bildirir. Rəsmi Ankaranın YPG və PYD-ni ABŞ-ın silahlandırması ilə bağlı etirazlarına cavab olaraq rəsmi Vaşinqton, bir qayda olaraq, SDQ ilə İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq etdiyini bildirir.

Xatırladaq ki, martın 6-da Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusunun Afrində birgə apardığı “Zeytun budağı” əməliyyatı nəticəsində 2878 terroçu zərərsizləşdirilib.

 
Nəşr olunub DÜNYA

Bu gün “Səni axtarıram” yenidən qalmaqallı səhnələri ilə yadda qalıb.

Medianews.az Milli.Az-a istinadən xəbər verir ki, qalmaqal itkin düşən 1 uşaq anası Çinarəni axtaran anası və atalığı Dövlət və ilk gündən bu cütlüyü tənqid edən ekspert – qadın vəkil Şəfiqə Nağıyeva arasında yaşanıb.

Xanım vəkil onun üçün hədiyyə olaraq boks əlcəkləri alıb gətirən Dövləti sərt tənqid edib.

Şəfiqə Nağıyeva “Almışam ki, onunla məni döyəsiniz” ifadələrini işlədən Dövlətə “Mən sənin kimi kişiləri başqa cür sındıdıram” deyib.

Nəşr olunub CƏMİYYƏT

"Milli Şura”nın sədri Cəmil Həsənli 11 aprel tarixli Prezident seçkisində iştirak üçün sənəd vermiş namizəd – Tural Abbaslını açıq formada aşağılayıb. Bu aşağılama sosial şəbəkə və mediada elə bir rezonans yaradıb ki, hətta mövcud iqtidarın ən yüksək ranqlı dəstəkçiləri belə mövzuya biganə qala bilməyiblər. Millət vəkili, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev öz "facebook” səhifəsində hadisə ilə bağlı geniş bir status yazıb.

Müxalif cəbhədə "Ağ Parti” adında bir təşkilat var. Sədri Tural Abbaslıdır. Prezident seçkilərinə qatılıb. Yəni, təşəbübüs göstərib, sənəd verib, imza vərəqələri götürüb. Qanuni haqqıdır, passiv seçki hüququdur. Özü bilər, kefi bilər, təşkilatı bilər.

Həmin Tural Abbaslı 2013 və ondan bir müddət sonraya qədər ən radikal müxalifətin yanında, hətta önündə qərarlaşıb. Bizi sevən adam deyil. Bəlkə də nifrət edir. Amma tək bildiyim odur ki, daim öz düşərgəsinə bağlı olub, müxalifətdəki böyüklərinə münasibətdə son ana qədər sadiqliq nümayiş etdirib, gözündə qorxu yoxdur, bəzi radikal müxalifət liderləri kimi ideyanı bir kənara qoyub 5-3 manat dalınca qaçmayıb və üstəlik zaman-zaman məlum qaraguruhun "hava”sına uyaraq dövlətin qanunlarını pozub, həbs yatıb, əziyyət çəkib, təhsili yarimçıq qalıb və s.

Tural Abbaslı bütün gəncliyini 2-3 avantüristə görə məhv etmiş adamdır. Amma bir dəfə də olsun onların arxasınca artıq söz danışdığını, belələrini qınadığını, itirdiyi keçmişinə görə kimlərisə ittiham etdiyini görməmişəm. Bayaq isə...baxıram ki, Cəmil Həsənli "MeydanTv”nin reportajında onu ələ salır, dolayır. Öz də çox təhqiramiz, vicdansız şəkildə.

Tural - Cəmil kimi nankora 2013-də qapı-qapı gəzib imza yığanlardan, onun mitinqlərini təşkil edənlərdən, sinəsini qabağa verib tarana gedənlərdən, həmin avantüristlər uğruna hər şeyindən keçənlərdəndir. Amma indi çörəyi dizinə "stkoç”la belə yapışmayanların hədəsinə, lağına tuş gəlib.

Turalı tanımıram. Həyatda bir dəfə də görməmişəm.

Cəmili isə tanıyıram. Min dəfə üzbəüz gəlmişəm.

Turalı mənim, məni Turalin tanımağına ehtiyac yoxdur. Çünki başqa-başqa cəbhələrin, səngərlərin, düşüncənin, ideologiyanın adamlarıyıq. Amma artıq Tural Cəmili tanısın. Gecindən də olsa həyatını hansı "DƏYMƏZ”lərə görə puç etdiyini anlasın və nəhayət....xəyanətkarların, dost, silahdaş qədri bilməyənlərin minnətdarlıq hissinin bundan artıq olmadığının + olmayacağının fərqinə varsın. Məncə. (Aktual.az)

Nəşr olunub CƏMİYYƏT

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident, Əziz qardaşım.

Bakıda müalicə mərkəzində baş verən yanğın nəticəsində 25 vətəndaşınızın həlak olması və çox sayda insanın xəsarət alması xəbərini böyük kədər hissi ilə qarşıladım.

Qardaş Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik. Həlak olanlara xalqımın adından Allahdan rəhmət diləyir, qardaş Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.

Cənab Prezident, fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və qardaş Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı çatdırıram".

Nəşr olunub DÜNYA
Çərşənbə, 07 Mart 2018 23:03

Afrində andiçmə: Qürurverici VİDEO

Afrində keçirilən “Zeytun budağı” hərəkatına qatılan xüsusi təyinatlıların andiçmə görüntüləri yayımlanıb.

Görüntülər Jandarma Baş Komandanlığı tərəfindən sosial şəbəkədə paylaşılıb.

Həmin görüntüləri təqdim edirik:

(turkustan.info)

 

Nəşr olunub DÜNYA

Dağıstan Respublikasının Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilov vəzifəsindən kənarlaşdırılıb. Onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qərarı çıxarılıb.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsi öz Telegram kanalında martın 5 də məlumat yayıb.

İstintaqın məlumatına görə, 2015-ci ildə M. Cəlilov vəzifə səlahiyyətlərini aşaraq iki yerli sakinə hər biri bir hektar olmaqla həyatyanı sahənin verilməsi haqqında qanunsuz qərar çıxarıb. Bununla da o, Dərbənd bələdiyyəsinə 2'2 milyon rubl ziyan vurmuş olub.

Qeyd edək ki, Dağıstan Rusiyanın ən kasıb regionlarından biridir. Hazırda Dağıstanda Moskvadan olan güc strukturlarından ibarət komissiya fəaliyyət göstərir. Bundan əvvəl regionda korrupsiya cinayətləri ilə əlaqədar hökumətin yüksək vəzifəli şəxsləri, baş nazir, onun iki müavini və təhsil naziri, eləcə də Mahaçqala meri və baş memarı həbs olunublar.

 
Nəşr olunub DÜNYA

Rusiyanın Dövlət Dumasında ilk dəfədir ki, seksual qısnama ilə bağlı qalmaqal qızışmaqdadır: jurnalist qadınlar deputat Leonid Slutskini nalayiq hərəkətdə ittiham edirlər. Millət vəkili bütün bunların iftira olduğunu deyir və sübutlar tələb edir.

BBC-nin bu barədə öz dəlilləri var

Son iki həftə ərzində birdən-birə iki jurnalist qadın - RTVI telekanalı baş redaktorunun müavini Yekaterina Kotrikadze və Dojd telekanalının prodüseri Darya Juk Liberal-Demokrat Partiyasından (LDP) millət vəkili Leonid Slutskinin qısnamaları barədə bəhs ediblər. Bundan əvvəl Dojd iddia edirdi ki, Slutski jurnalist qadınları dəfələrlə qısnayıb.

Dövlət Dumasında bildirirlər ki, deputatın təqsiri sübuta yetirilməyib. Onlar etika komissiyasına müraciət etməyi məsləhət görürlər. Deputatın özü hər şeyi inkar edir və iftiraya görə məhkəməyə müraciət edəcəyi ilə hədələyir.

BBC-nin Rus xidməti Dumada işləyən jurnalistlər və məmurlarla söhbət edib və Slutskinin ittiham edilməsi üçün əsasın olub-olmadığına baxıb.

"Onun arvadı, mənim məşuqəm olarsan"

2017-cin il martın 24-də BBC Rus xidmətinin müxbiri Fəridə Rüstəmova Fransa prezidentliyinə namizəd Marine Le Penin Rusiyaya planlaşdırılan səfəri barədə şərh almaq məqsədilə LDP-dən olan deputat Leonid Slutskinin ikonalarla bəzədilmiş kabinetinə gəlib. Bu redaksiya tapşırığı idi: Fransada prezident seçkisinə bir ay qalırdı. Belə bir vaxtda Le Penin Rusiyaya səfəri, komitənin onun iştirakilə keçirləcək qapalı yığıncağı və nəhayət prezident Putinlə görüşü istənilən media qurumu üçün maraqlı məsələlər idi.

Rüstəmova kabinetə deputatın mətbuatla əlaqələr üzrə köməkçisi Diana Rudakova ilə birlikdə daxil olmuşdu. O deputatla salamlaşmış və gəlişinin səbəbini izah etmişdi. Həm Slutski, həm də Rudakova həmin ana qədər jurnalisti artıq iki ilə yaxın idi ki, tanıyırdılar.

Lakin Slutskinin mətbuat üzrə köməkçisi eyni zamanda həm də TASS-ın müxbiri olduğundan BBC müxbiri Rudakovadan qısa müddətə kabinetdən çıxmasını xahiş edib. Rüstəmova Slutski ilə tək qalmaq istəyini belə izah edir ki, "Duma, hakimiyyətin ən açıq orqanı olduğundan burada jurnalistlər arasında rəqabət yüksəkdir. Hamı deputatla elə söhbət etmək istəyir ki, həmkarlardan heç biri bu barədə bilməsin".

Köməkçi otaqdan çıxıqdan sonra Rüstəmova öz sualını verib: "Le Pen seçki ərəfəsində nə üçün Moskvaya gəlib?" Slutski cavab verib ki, fransız xanım sadəcə olaraq parlament diplomatiyası müstəvisindəki "maraqlı siyasətçilərlə görüşmək istəyib". Jurnalist qız xatırlayır ki, Slutski ilə onun arasında üç metrədək məsafə olub. O stolun arxasındakı stula söykənmişdi, Rüstəmova isə qapının yaxınlığında dayanmışdı.

Aşağıdakı söhbət eynilə Slutski və Rüstəmovanın arasında baş verib, çünki bütün söhbət Rüstəmovanın diktafonuna yazılıb.

Bu söhbətin audioyazısının surəti BBC-nin Rus xidmətində var.

Rüstəmova Slutskiyə demişdi ki, söhbət mikrofonsuz olacaq. Jurnalist praktikasında bu o deməkdir ki, deputata birbaşa onun adından hansısa şərhin mediaya verilməyəcəyi vəd olunur. Buna baxmayaraq diktafon işləyrdi və Slutski də bundan xəbərdardı.

Leonid Slutski

Söhbətin bu yerində Slutski gözlənilmədən mövzunu dəyişib və təklif edib: "Dovşancıq, bəlkə bu [...] BBC-ni buraxasan? Mən səni bir yerə götürərəm". Rüstəmova təklifdən imtina edib və soruşub ki, bəlkə, fransız siyasətçinin səfəri barədə şərh ala bilməməsi məhz BBC-də işləməsi ilə bağlıdır?

"Yox, çünki sən məndən qaçırsan, öpüşmək istəmirsən, mən də səndən incimişəm" - deyib deputat.

- Leonid Eduardoviç, mənim sevgilim var...

- At da onu.

- İstəmirəm.

- Niyə?

- Ona ərə getmək istəyirəm.

- Əla, onun arvadı olarsan, mənim də məşuqəm.

Rüstəmova bundan sonra da Le Pen haqqında bir neçə sual versə də, ağıllı-başlı cavab ala bilməyib. Daha sonra deputat ayağa qalxaraq ona yaxınlaşıb: "Yaxşı, dovşan, kefin olanda görün, səninçün darıxmışam". Jurnalist xatırlayır ki, siyasətçi qəfildən ona yaxınlaşıb və "əlinin içi ilə onun qasığına toxunub". Müxbir qadın bu anda geri sıçrayıb.

Rüstəmova xatırlayır ki, bu hərəkətin gözlənilməzliyindən şoka düşüb və süst qalıb: "Mən nə baş verdiyini anlamırdım. Bu çox kəskin hərəkət idi. Dilim topuq çalırdı, iflic olmuşdum. Mən mızıldandım ki, "daha sizin yanınıza gəlməyəcəyəm, siz əl-qol atırsınız..."

Audiyazıdan belə görünür ki, Slutski hərəkətinin belə qiymətləndirilməsi ilə razılaşmayıb:

"Mən əl-qol atmıram...Belə də...bir az...Əl-qol atmaq yaxşı ifadə deyil" - deyib deputat.

- Axı siz bunu edirsiniz!

- Mən bunu gözəl şəkildə edirəm.

- Sizin indicə etdiyiniz çox eybəcər hərəkət idi. Mən bundan əsəbiləşirəm. Bu rəzalətdir.

"Həyəcanlanma. Mənim yanıma gəl. Mən səni görməyə həmişə şadam" - deyib Slutski və sonra yekunlaşdırıb: "Dovşan, əgər mən sənə nəsə danışsaydım, məni cəzalandırardılar. Mən sənin gəlişindən istifadə etdim ki, sənə marağımı bir də göstərim. Sən bu [...] cavan oğlanı at getsin. Mənə baş çək. Bunu nə qədər tez etsən, bir o qədər yaxşıdır. Mən sənə doğrudan da kömək etməyə hazıram".

Rüstəmova bir il sonra danışır ki, kabinetdən çıxanda "hönkürüb və üçüncü mərtəbədəki mətbuat zalına gedib". Başına gələnləri danışmaq üçün həmkarlarını axtarıb.

Parlament jurnalistlərindən biri BBC-yə Rüstəmovanın bir il əvvəl çox pis durumda "akvariuma" (mətbuat zalının qeyri-rəsmi adı) gəldiyini və əhvalatı bir neçə həmkarına danışdığını xatırladığını təsdiqləyib.

Rüstəmova başına gələnlər barədə görüşdüyü cavan oğlana, dostlarına, bəzi həmkarlarına və birbaşa müdirlərinə danışıb. BBC-dəki dostları da Rüstəmovanın bütün bunları danışdığını təsdiqləyirlər.

BBC-nin mətbuat xidməti Fəridənin əhvalat barədə dərhal rəhbərliyə xəbər verdiyini bildirib. BBC-nin rəsmi bəyanatında deyilir: "BBC öz jurnalistlərinin təhlükəsizliyi və durumuna ciddi yanaşır və iddia olunan qısnamalarla bağlı onlara dəstək verir. Bu insidentlə bağlı biz Fəridənin arzusuna uyğun şəkildə hərəkət etmişik".

Slutski martın 24-də baş vermiş insidentlə bağlı, bu material dərc edilənədək heç bir şərh verməyib.

"Təkbaşına nə isə etməkdən qorxurdum"

Rusiyada seksual qısnamaya görə məsuliyyət nəzərdə tutan qanun yoxdur. Hətta Cinayət Məcəlləsinin "seksual xarakterli hərəkətlərə məcbur etməyə dair" 133-cü maddəsi də işləmir, deyir Dumanın deputatı Oksana Puşkina. Buna görə də Rüstəmova polisə getmək variantı barədə heç düşünməyib də...

O dostları ilə Duma rəhbərliyinə müraciət də daxil, bütün variantları götür-qoy edib. Amma təklikdə nə isə etməyə qorxub. "Təkbaşına nə isə etməkdən qorxurdum" - deyir. Rüstəmova bildirir ki, özünün qınaq obyektinə çevrilə biləcəyindən ehtiyat edib, çünki Rusiyada belə məsələlərdə adətən qurbanı ittiham edirlər.

Fəridə bildirir ki, niyə dərhal reaksiya vermədiyi üçün özünü çox qınayıb. "Niyə ona kəskin reaksiya vermədim, niyə qışqıra, onu vura bilmədim? Mən başına çırkab tökülmüş birisi kimi donub qalmışdım. Xəcalət çəkirdim ki, audioyazıda mənim aciz kəkələməyim qalıb - "Bu rəzalətdir..."

Fəridə Rüstəmova bildirir ki, bütün bu sarsıntılarını psixoterapevtlə müzakirə edib.

Yekaterina Kotrikadze

"Həmişə gözlərini zilləyirdi"

Daimi olaraq Dövlət Dumasında işləyən jurnalistlərdə Slutski haqqında müəyyən rəy formalaşıb. Bu barədə BBC-yə parlamentdə çalışan dörd jurnalist məlumat verib. Adlarının bu qalmaqalla bağlanmasını istəmədiklərindən bu jurnalistlər anonim qalmaq istəyiblər.

BBC-nin həmsöhbəti olmuş qadın jurnalistlərin hamısı deyirlər ki, Slutskidən telefon və SMS-lə şərh almağa çalışırlar. Onunla şəxsən görüşmək istəmirlər.

"Mən onun necə bir şəxs olduğunu başa düşəndən sonra sadəcə olaraq bu adamla ünsiyyəti kəsdim. Əvvəla dərhal "sən" deyə müraciət edir, adamın başının üstündən sallanır, axmaq-axmaq zarafatlar edir. Onunla ünsiyyəti dayandırmaq barədə qərarı isə ən əsası ona görə verdim ki, mənə çox şorgözlüklə baxırdı" - deyib qızlardan biri.

"Daim gözlərini zilləyir. Adama şərh verəndə onun gözünə yox, döşlərinə baxır. Dəhlizlə gedəndə isə çönüb gündəyməzimə baxır. Biz bunu həmkarlarımızla çox müzakirə etmişik" - deyir başqa bir jurnalist.

Jurnalistlər deyirlər kİ, bütün bunlara baxmayaraq bir neçə il ərzində vəziyyət o qədər də ciddi görünmürdü. Onlardan biri bildirir ki, Rüstəmovanın başına gələni eşidəndə dərhal onun tipik vəziyyətlə üzləşdiyini anlayıb. Sadəcə olaraq Rüstəmova belə bir halla ilk dəfə üzləşmişdi.

BBC ilə söhbət etmiş üç jurnalist bunu da deyib ki, beynəlxalq siyasət komitəsi sədrinin davranışını Dövlət Dumasının mətbuat xidmətinin başçısı Konstantin Tarasovla da müzakirə ediblər. Onlar adlarının çəkilməsini istəmirlər.

Bununla belə mətbuat xidmətini qınamadıqlarını deyirlər. Əksinə xidmətdə onlara həmişə anlaşma ilə yanaşıblar. Yəni onlara özlərinin təqsirkar olduğunu deməyiblər, əksinə adam kimi söhbət ediblər.

Lakin BBC ilə söhbətində Duma mətbuat xidmətinin rəhbəri jurnalistlərlə belə məsələləri müzakirə etmədiyini, deputatın qısnama aktı barədə isə mediadan eşitdiyini deyib.

Darya Juk

İctimai qalmaqal

Slutskinin davranışı barədə açıq şəkildə o vaxt müzakirə olunmağa başlanıb ki, bu barədə onun bilavasitə partiya bosu olan Vladimir Jirinovskiyə Dojd telekanalının canlı efirində sual verilib. Jirinovski telekanala 2018-c il prezident seçkisi öncəsi müsahibə verməyə gəlmişdi.

"Bu barədə bütün Dövlət Duması bilir" - deyə sual vermişdi telekanalın müxbiri Yelizaveta Antonova.

Jirinovski cavab vermişdi ki, bu barədə şəxsən ona heç nə məlum deyil. O buna baxmayaraq Slutski ilə "danışacağını" vəd etmişdi.

Elə həmin axşam Dojd telekanalının saytında dərc olunmuş məqalədə deyilirdi ki, seksual qısnamalar barədə adlarının çəkilməməsi şərtilə iki müxbir və bir prodüser məlumat veriblər.

Anonim prodüserin adı iki həftədən sonra bəlli olmuşdu: Bu Dojd telekanalının əməkdaşı Darya Juk idi. O deyirdi ki, Slutski ilə, onu SMS vasitəsilə efirə dəvət edəndə ünsiyyətdə olmuşdu. O cavab SMS-ində yazırdı ki, efirə bir şərtlə gələ bilər: Əgər prodüser onunla şam etməyə razılaşsa. Prodüser deyir ki, o studiyaya gələndə onu dodaqlarından öpməyə və yanbızlarına toxunmağa çalışıb. Bu hadisə 2014-cü ildə olmuşdu. Slutski bu hadisə barədə şərh verməyib.

Bundan əvvəl Slutskini açıq şəkildə qısnamada ittiham edən RTVI kanalının baş redaktor müavini Yekaterina Kotrikadze olmuşdu. O danışırdı ki, Slutski ilə 2011-ci ildə, onun özü hələ gürcü telekanalında çalışanda tanış olub. Onun sözlərinə görə Slutski kabinetin qapısını bağlayıb və jurnalisti divara sıxaraq öpməyə çalışıb.

"Gürcü jurnalistlərə qalsa, onlar məni təkcə bunda ittiham etmirlər" - demişdi Slutski BBC-yə.

Kabinetdəki əhvalatdan bir il sonra Fəridə Rüstəmova da açıq çıxış etmək qərarına gəlib. O öz motivasiyasını belə izah edir: "Məlum oldu ki, Dojd kanalının dərc etdiyi yazıya reaksiya verən yoxdur. Əvəzində telekanalı murdar çirkabla ləkələyiblər. Üstəlik burada başqa bir qız da əziyyət çəkirdi. Elə bilirdilər ki, anonim mənbə odur. Nə isə qərara gəldim ki, o qızı mümkün nəticələrdən, Dojd kanalını isə məhkəmədən xilas etmək üçün bu məsələni açıq meydana çıxarım".

Vyaçeslav Voloding və Leonid Slutski

"Etika komissiyasına niyə müraciət etməmisiniz?"

Dojd telekanalının saytında bu hadisə barədə ilk yazı anonim mənbələrə istinad edirdi və buna görə də millət vəkillərinin qəzəbinə səbəb olmuşdu. "Şübhə doğuran budur ki, onlara qarşı seksual qısnama olubsa, niyə susublar? Niyə öz iradları ilə çıxış etməyiblər? Niyə etika komissiyasına müraciət etməyiblər? Mən sizin quyruğunuza düşüb, seçki kampaniyasını atıb kimin kimə sataşmasını güdüb-araşdıran deyiləm. Əgər müraciət olunmayıbsa, deməli təxribatdır" - deyib partiyanın lideri Jirinovski.

Fevralın 26-da parlamentdə çalışan jurnalistlər, az qala bütün heyətlə Dövlət Duması aparatının müdir müavini Vadim Marşalkonun yanına gələrək, spiker Vyaçeslav Volodinin bu məsələ ilə şəxsən məşğul olmasını rica ediblər.

Bu görüşdə Fəridə Rüstəmova da iştirak edirdi. Onun sözlərinə görə Marşalko bu vəziyyəti ciddi qiymətləndirdiyini bildirib, amma deyib ki, qısnama barədə şikayətin anonim olması onu təəccübləndirir. O bu barədə etika komissiyasına müraciət etməyi məsələhət görüb. Rüstəmova bu görüşdə parlament jurnalisti kimi iştirak edirdi. Buna görə də Slutskinin hərəkətlərindən özünün də ziyan çəkdiyi barədə Duma aparatı başçısının müavininə heç nə deməyib.

Fevralın 28-də bu məsələ ilə bağlı Volodin şərh verib. O deyib ki, "haqqında danışılan hallar həyəcan doğurmaya bilməz və heç kim bunun yanından sakitcə ötüb keçmək fikrində deyil. Amma bu problemi yalnız hüquqi müstəvidə həll etmək lazımdır". Volodin zərərçəkənlərə yenə də həmin bu etika komissiyasına müraciət etməyi tövsiyə edib. Martın 2-də Volodin "Slutski ilə bağlı məsələni öz nəzarəti altına götürəcəyini" deyib.

Dojd kanalının prodüseri ötən həftə Dövlət Dumasının deputat etikası məsələləri komissiyasına ərizə ilə müraciət edib. Fəridə Rüstəmova da komissiyaya martın 6-də ərizə verib.

Rüstəmovanın sözlərinə görə ötən bir il ərzində Slutski ondan üzr istəməyə cəhd göstərməyib, o isə öz növbəsində şərh üçün daha ona müraciət etməyib.

BBC 24 mart 2017-ci ildə baş vermiş hadisə barədə Fəridə Rüstəmovanın dediklərini şərh etməsi üçün Slutskiyə elektron poçtu ilə rəsmi sorğu göndərib, bundan sonra isə onunla telefonla əlaqə yaratmağa çalışıb. Amma bu yazı dərc edilənədək Slutskidən heç bir cavab alınmayıb.

Slutski bu qalmaqala öz münasibətini Putinin Federal Məclisə müraciətindən sonra bildirib. O BBC müxbirinə deyib: "Bu sadəcə olaraq sifarişdir. Camaatı beynəlxalq işlər komitəsinin, xüsusilə də onun sədrinin Qərbdəki nüfuzunun artması qane eləmir. Bu təəssüf ki, zəmanəmiz üçün tipik olan sifarişdir. Məqsədi nüfuzdan salmaqdır, amma yəqin ki, bunun əksi baş verib" (BBC).

Nəşr olunub DÜNYA

Чтобы доказать свой авторитет и непричастность к политике двойных стандартов, Международный комитет защиты прав человека должен вмешаться в вопрос освобождения плененных армянской стороной азербайджанцев.

Вопрос освобождения заложников Дильгама Аскерова и Шахбаза Гулиева, взятых в плен армянскими военнослужащими в июле 2014 года, будет поставлен перед Международным комитетом защиты прав человека (İnternational Human Rights Defence committe (CIPDH)).

Об этом в интервью Sputnik Азербайджан заявил директор Бакинского представительства Международного комитета защиты прав человека Исмаил Агаев.

Директор Бакинского представительства Международного комитета защиты прав человека Исмаил Агаев
 
Директор Бакинского представительства Международного комитета защиты прав человека Исмаил Агаев

Напомним, в июле 2014 года Аскеров и Гулиев при попытке посетить могилы родителей и родственников в Кяльбаджаре были взяты в плен. Еще один гражданин Азербайджана — Гасан Гасанов был убит. Гасанов похоронен в Баку.

Незаконный "суд" сепаратистского режима в Нагорном Карабахе приговорил Аскерова к пожизненному заключению, а Гулиева — к 22 годам лишения свободы.

Азербайджанцев обвинили в похищении и убийстве человека на почве национальной ненависти, с применением насильственных действий и оружия в составе организованной группы и в незаконном пересечении границы непризнанной Нагорно-Карабахской республики.

По словам Агаева, то, что наши соотечественники все еще находятся в армянском плену — результат политики двойных стандартов, которой придерживаются авторитетные международные организации. Даже Совет Европы не потребовал от Армении освободить пленных.

Агаев заявил, что Международный комитет должен вмешаться в этот вопрос, чтобы доказать свой авторитет. (sputnik.az)



Nəşr olunub SİYASƏT
Çərşənbə, 07 Mart 2018 18:21

Sabir Rüstəmxanlı kimdir?

Nurlan Hüseynov

İtirməmək üçün qiymətləndirməyi bacarmaq lazımdı.

Orxan Pamuk yazırdı ki, cumhuriyyət dövründə Türkiyədə insanlar ədəbiyyat zövqünü siyasi baxışına görə formalaşdırırdı. Hər kəs öz siyasi cəbhəsində yer alan ədəbiyyatı seçir və onu əsl ədəbiyyat sayırdı. Beləliklə, ədəbiyyat və ədəbiyyatçı əsl sənət və sənətçi dəyərini yox, siyasi mövqeyinə görə dəyər qazanırdı. Buna görə də, bir çox dəyərli ziyalılar və onların irsi yalnız cəmiyyətin bölündüyü siyasi mövqelərinə görə diqqətdən kənarda qaldı və onlar taleyin ümidinə buraxıldı. Bunlar bir yazar üçün yaşaya biləcəyi ən ağır taledir.

874409FA-60CE-42C3-8655-10EEA35C2E1ATarix bu yanaşmanın uzun vədədə nə qədər yanlış olduğunu çox sübüt edib. Ən böyük nümunələrindən biri Knut Hamsunu qeyd eləmək olar. Təkcə elə bizim sovet dövrü milli və sosialist ədəbiyyata dövlətin təbliğ elədiyi münasibətdə də bunu açıq görə bilirik.

Müasir düşüncədə bu öz həllini tapmış məsələdir. Buna baxmayaraq bizdə hələ də bir qrup adamlar tərəfindən bu suallar səslənir, ədəbiyyatçılar, ziyalılar siyasi mövqelərinə görə yarğılanır. Kənardan baxanda belə görünür ki, sanki bu adamları yaxalarından tutub şəxsi davaya çəkmək mübarizəsi gedir. Yazıçı, ziyalı və digər yüksək statusa malik olan adamların bizim kimi cəmiyyətlərdə belə çətinliyi olur. Vəziyyətləri, düşüncələri, öz yolları nəzərə alınmadan onlardan mütləq hansısa məsələdə iştirak, mövqe gözlənilir. Olmayanda da, başlanır ittihamlar, inkarlar.

Ümumilikdə zamanla qaydasına düşəcək şeylərdi, ancaq bütün hallarda haqqında danışılması zəruri mövzudur. Yazıçı və ya ziyalıya sırf sənətə görə yox, hansısa siyasi mövqe və ya fəaliyətsizliyə, yaradıcılığına görə yox, ondan kənarda baş verən şeylərə görə münasibət formalaşdırmağın ciddi yanlışlıq olduğu, bütov və hərtərəfli qiymətləndirmədən uzaq qaldığı artıq müzakirə mövzusu ümumiyyətlə deyil. Bu qüsurlu yanaşmadan həm yazıçı və ziyalı, həm də cəmiyyət itirir.

Yazar öz seçimi ilə baş-başa buraxılmalıdır. Onun tarixin hansı yanında yer aldığını isə zaman özü vaxtı gələndə müəyyən edir. Bu yanlış yanaşmalar isə çox vaxt tamamilə adamları çıxdaş edir. Bu bütöv inkarda isə böyük informasiya itir. Biz çox asanlıqla adamı yalnız hansısa şəxsi seçiminə və düşüncəsinə görə tarixdə və ədəbiyyatda tutduğu yerdən sanki qoparıb atmaq istəyirik. Digər heç bir şey, yazıçının dünyagörüşü, bildikləri, şəxsi qənaətləri və yazdıqları, hətta statusu daxil bizi ümumiyyətlə maraqlandırmır.

Sabir Rüstəmxanlının bu yaxınlarda “Akademikin son əsəri” adlı romanını oxudum. Birdən birə Sabir Rüstəmxanlını oxumağa səbəb təkcə bu gunki ədəbiyyatımızda nadir insanları çıxmaqla mövcud olan mövzu böhranı deyildi. Həm də bir çox səbəblərdən və əsasən də siyasi dava içində inkar edilmiş, bu günki dövrümüzdə kənara itələnmiş mənbələr indi xüsusi maraq doğurmağa başlayıb şəxsən mənim üçün. Çünki bu mənbələrin belə kənara itələnməsi birincisi haqsızlıqdır, ikincisi də onların özündə vacib məlumat daşıdığı üçün qiymətli olduğunu düşünürəm. Həm də, düzü bu köhnə və geriçi yanaşmanı da özünə yaxın buraxmamağın vacib olduğu fikrindəyəm. Biz nədənsə səbatsız formada, kəskin şəkildə hər hansı səbəbə görə bütöv şəxsiyyətləri silib atmaq, onu hansısa yerə qoymağa meyilliyik. Bu düşüncədə sanki sadəlövh idiallıq gözləntisi içində olduğumuzu, şəxsiyyətləri yanlışı və doğrusu ilə bütöv və yetkin dəyərləndirə bilmək bacarığından mərhum olduğumuzu büruzə verməkdən əlavə, həm də bu yanaşmayla açıq kobud və bəzən mədəniyyətsiz, cılız təkəbbürdən boğulmuş olduğumuzu da açığa çıxarmaqla şəxsimiz haqqında ciddi narahat suallar doğururuq. Tənqid də ciddi və əsaslı olmaqdan çıxıb, başqa qeyri ciddi şeyə çevrilir və doğruluğu, həqiqiliyi şübhə doğurur. Bu yanaşma sanki bunu deyir :Yalnız mənim yer aldığım cəbhədə olan, yanlız mənim gözləntilərimə cavab verən yazıçı əsl və oxumağa dəyər yazıçıdır, belə deyilsə bir kınara atılmalıdır. Yanlız mən təsdiq etdiyim. Bu da səsləndiyi kimi biraz şizofrenik düşüncə havası daşıyır. Sağlam deyil.

Sabir bəy diqqətimi ilk öncə 93-cu ildə cənubdakı hadisələr vaxtı mərd çıxışı ilə çəkmişdi. Sonra onun Ziya Bünyadovun həyatından bəhs edən “Akademikin son əsəri” adlı romanının çapdan çıxdığını öyrəndim. Əsər barəsində yazmaqdan əvvəl onu deyim ki, mən də bir çoxları kimi tarixi romanları ədəbiyyatın bir qolu kimi sevirəm.

Ümumiyyətlə bu gün bizdə tarixə müraciət edən, arxivlərdə işləyən müəlliflərə böyük ehtiyac var. Çünki biz yaşadığımız hər şeyi bu günə gətirə bilmiş və onları öyrənmiş deyilik. Çünki biz ən yeni tarixi dövrü belə bütöv öyrənməmiş və tarixi bütövləşdirə bilməmişik. Biz hələ də öz tariximiz haqqında hər şeyi bilmirik. Çünki yaşadığımız şeylərin az qala tamamı saxtalaşdırılıb və bizdən gizlədilib və ya bizə özümüz vasitəsilə gəlib çatmayıb. Arxiv sənədlər, keçmiş bu gün üzə çıxarılması olduqca vacib məlumatlar deposudur və onlarla işləyən adamların yolunu gözləməkdədir. Keçmişdən bu günə daşınılmasını gözləyən mötəbər tarixlər bu yükü üstlənəcək adamların sayəsində yeni dəyərləndirmədə ortaq dəyərə çevrilir. Biz cəmiyyət olaraq hələ özümüzü bilgiləndirməliyik və bu olmadıqca özümüz haqqında hər şeyi bilmək və özümüzü tanımaq öhdəliyini yerinə yetirmiş sayılmarıq. Bunu dərk edən, bu yöndə əmək sərf edib ortaya iş qoyan adamların əhəmiyyəti bir başqadır. Başlanmış bu prosesi Azərbaycanın tamamilə yeni dövrü kimi də səciyyələndirmək olar. Həm də, yazarların mövzu böhranı içərisində ikən, tarixə müraciət edib, ondan yararlanmaq istəməmələri təəcüblüdür.

Bu mənada 70 yaşında Sabir bəyin bu gün arxivlərə getməsi, tarixi hissə-hissə toplaması, araşdırması, oturub yazması onun təkcə bir ədəbiyyatçı kimi işgüzarlığını, işinə sevgisini, yazıçı dissiplinini göstərmir, həm də bir ziyalı və yazıçı kimi, ölkəsinin tarixi qarşısında qələmi əlinə götürdüyü ilk gündən bu günə qədər özünü həsr etdiyi yolu nə dərəcədə dərk etdiyini göstərir. Xüsusilə bu gün belə müəlliflərin az olduğu bir vaxtda bu işin əhəmiyyəti çox böyükdür.

Sabir bəy, hər zaman sağlam siyasi təfəkkürü olan adam olub. Bunu təkcə bir qələm adamı kimi göstərdiyi fəaliyyətlə yox, həm də ağrılı siyasi dövrdə meydana atılıb proseslərdə şəxsən iştirakı ilə də sübüt edib. O hadisələr bizim nəslin doğulduğu illərdə baş verib. Bu gün bu mənada bu söhbətlərin əhəmiyyəti hamıya çatmaya bilər. Amma dövrün ölkə və xalq səviyəsində mənəvi tələbləri, vacib missiyasını o nəslin nümayəndələri – bu insanlar çiyinlərinə götürmüş qəhrəman adamlar idilər. Tarix əsasən orada iştirak edən insanlar və onların hekayələrindən ibarətdir. Bu gün o ağır günlər arxada qalıb və biz pis yaxşı bir yoldayıq və gələcəyə doğru gedirik. Sabir bəy də bu mənada öz təsdiqini hələ illər əvvəl alıb. Sabir bəy və onun kimi başqaları, elə son əsərin qəhrəmanı Ziya Bünyadov qələmlə milli mədəniyyətə, öndərliklə milli ideologiyaya və siyasi mübarizədə iştirakla milli hərəkata xidmət ediblər. Amma Sabir bəyin son dövrlərdə arxivlərdə apardığı işlərin nəticəsində yazdığı kitabların mövzusuna baxanda bir yazıçı kimi öz işinin bitdiyini düşünməkdən uzaq olduğunu görə bilərik. O hələ də öz ziyalı missiyasını yaxşı qiymətləndirə və dövrün tələbini tuta bilir. Son ardıcıl əsərlərinin mövzusu – Cavad xan, Difai, Məhəmməd Hadi və Ziya Bünyadov, Sabir bəyin əsl siyasi təfəkkürünün göstəricisidir və bir yazıçı kimi də əsl sağlam siyasi mövqe və vacib missiya da məhz budur. Bu ən başda gələn mövqedir, Sabir bəyin siyasi təfəkkürü və mövqeyini ən əvvəldən cəmiyyətin cəbhələrə bölünmədiyimi mövzular təşkil edib. Buna görə də, belə adamların cəbhələrə sürüklənməsi faydasız işdir və bu adamları biz öz yoluna görə – daha böyük mövzulara görə qiymətləndirməliyik.

Əsər haqqında növbəti statusda davam edəcəm.

Nəşr olunub YAZARLAR

Reytinq