Burda göstərilən tarixə olan xəbərlər: Şənbə, 02 İyun 2018

“Elmi Araşdırmalar” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Azərbaycanın tarixi İrəvan şəhərinin və onun tarixi abidələrinin ermənilər tərəfindən məhv edilməsinin beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi daşıyan, 28 may 2018-ci ildə İrəvanın Ermənilərə güzəştə getməsinin 100-cü ildönümünə həsr edilmiş  “İRƏVAN: xatirələr və etiraflar” adlı sənədli filmin çəkilişlərinə başlayıb.

Bu barədə layihə rəhbəri Telman Qasımov məlumat verib. 

Onun sözlərinə görə, 100 il öncə İrəvan şəhərinin tarixi, mədəniyyət abidələri, ziyallıları və müsəlman türk əhalisinin demoqrafik vəziyyəti kəskin dəyişməyə və vandalizmə məruz qaldı:

“Bir əsrdə İrəvan, şübhəsiz ki, dəyişdi. Amma onu dəyişdirən zaman, illər yox, bu şəhəri Azərbaycandan güzəşt almış ermənilər oldu. Onlar nələri bacardılarsa, məhv etdilər, yer üzündən sildilər, nələri bacarmadılarsa, adlarını dəyişdirdilər və bu yolnan insanlara unutdurmağa çalışdılar. Bu gün, 100 il sonra artıq İrəvan yox, Yerevan var. Yalnız xəritədə. tarixdə, yaddaşlarda isə İrəvan yaşayır.

Bu gün Yerevanda İrəvan adlarda, abidələrdə, küçələrdə, hər daşda və öz varlıqlarında yaşadan azərbaycanlılar da yoxdur. Amma bu gün Yerevanda ermənilər var. “İrəvan” sözünü əbədi silmək istəyən, lakin buna gücü çatmayan ermənilər”.

Filmin çəkilməsində məqsəd həqiqətin etirafı, yalanın ifşasıdır. Bu filmdə insanlar danışacaqlar: azərbaycanlılar və ermənilər. Azərbaycanlılar İrəvan şəhəri haqqında xatirələrini, ermənilər isə, bəlkə heç özləri də bilmədən etiraflar edəcəklər.

Nəşr olunub CƏMİYYƏT

Bu günlərdə mediada varlıların və məmur balalarının təhsil aldıqları məktəblərin adlarını açıqlayıb. Siyahıdakı məktəblərdə təhsil haqlarının məbləği fantastikdir.

AzEuroNews.com xəbər verir ki, onların arasında ən çox diqqət çəkən Bakı Avropa məktəbidir. Burada qiymətlər dodaq uçurdacaq səviyyədədir.

Belə ki, 1-4-cü siniflər üçün 9800 manat, 5 – 9-cu siniflərə 12 000 manatdır. 10-11-ci siniflər üçün 14 000 manat nəzərdə tutulub.

Bu məktəbin təsisçisi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. Nazir oğlu 2011-ci ildə Bakıda özəl Avropa Azərbaycan Məktəbinin əsasını qoyub.

Nazir oğlu təhsilə belə "töhfə" verir...

T.Heydərov məktəbin Himayədarlar Şurasının Prezidentidir. Məktəbdə guya aztəminatlı ailələlərin övladları üçün güzəştlər tətbiq edilir.

Ancaq heç bir güzəştdən söhbət gedə bilməz. Çünki bu məktəbdə aztəminatlı ailənin övladları təhsil almırlar.

Nazir oğlu təhsilə belə "töhfə" verir...
Nazir Kəmaləddin Heydərov Bakıda Avropa Azərbaycan Məktəbinin açlışında çıxış edir (arxiv)

Qeyd edək ki, “The International School of Azerbaijan” məktəbində isə təhsil bağça yaşından başlayır. Burada valideynlər uşaqlarının məktəbə hazırlığı üçün 11 min ABŞ dolları ödəməlidir.

1-ci sinifdən 9-cu sinfədək isə təhsil haqqı illik olaraq 34 min ABŞ dolları təşkil edir. 9-cu sinifdən yuxarı isə təhsil haqqı təxminən 40 min ABŞ dollarıdır.

“Bakı Türk Liseyi”ndə illik ödəniş 8000 manat, “Dədə Qorqud” liseyində isə 5550 manatdır.

Paytaxtda türk liseyləri arasında qiymətinə görə, ən münasibi “Atatürk liseyi”dir ki, onun da illik təhsil haqqı 1500 manatdır.

Nəşr olunub CƏMİYYƏT

“Hansısa partiyanın xətti ilə Türkiyə parlamentində təmsil olunmaq heç də o anlama gəlmir ki…”

Samir Adıgözəlli: “Biz Türkiyə hakimiyyətindən Paşinyandan heç də geri qalmayan, həm qardaş ölkə, həm də bizim üçün təhlükə mənbəyi olan Paylyanın qanun çərçivəsində yerinə oturdulmasını tələb edirik”

Türkiyə parlamentində Xalqların Demokratik Partiyasını təmsil edən erməni əsilli deputat Karo Paylyan Ermənistana səfər etmək niyyətindədir. Erməni mətbuatının verdiyi məlumata görə,  Paylyan belə niyyətdə olduğunu öz müsahibəsində bildirib: “Türkiyədəki seçkilərdən dərhal sonra mən Ermənistana səfər edib Nikol Paşinyanla üz-üzə görüşməyi planlaşdırıram”.

Göründüyü kimi, deputat səfər zamanı hazırkı baş nazir Nikol Paşinyanla görüşmək niyyətindədir. O bundan əvvəl də Ermənistana səfər edib, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ermənilərin mövqeyindən çıxış edib. Əvvəlki səfərləri zamanı Ermənistan parlamentinin “Çıxış” bloku ilə görüşlər keçirib. Paylyan həmin vaxt hazırkı baş nazir Nikol Paşinyanla da görüşüb.

Belə qatı erməni millətçisi olan və daim Türkiyə ilə münasibətləri gərgin olan Ermənistan kimi ölkənin haqsız mövqeyini dəstəkləyən deputatla bağlı Türkiyədə niyə ölçü götürülmür?

img

Dünya Azərbaycanlıları Konqresinin funksioneri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, bu tip adamlar Türkiyədə olan demokratik mühitdən istifadə edirlər: “Bilirsiniz ki, həmin adam HDP adlanan partiyadan deputat seçilib. Əvvəlcə onun təmsil olunduğu partiyanın mövqeyinə diqqət edək. Həmin partiya, faktiki olaraq, separatizmə dəstək verir və PKK şüarlarını parlamentdə səsləndirir. Təbii ki, ermənilərə açıq dəstək verən Paylyanı ilk növbədə öz təmsil olunduğu partiya cəzalandırmalıdır. Onun doğma partiyası özündən geri qalmayan bir zərərli fəaliyyətlə məşğuldursa, ondan başqa nə gözləmək olar? Ancaq bu heç də o anlama gəlmir ki, Paylyan cəzasız qalıb, meydan sulamalıdır. Hesab edirəm ki, Türkiyə qanunları onun cəzalandırılmasını mümkün edir. Dünyadakı bütün erməni diasporu Türkiyə əleyhinə çalışdığı bir zamanda, daxildəki erməni deputatın da həmin mövqeyə dəstək ifadə etməsi rəzalətdir. Türkiyə ilə Ermənistan arasında heç bir münasibət yoxdursa, Paylyan hansı məqsədlə Ermənistana səfər edir? Bir mühüm məsələyə də diqqət edək ki, onun fəaliyyəti yalnız səfərlə yekunlaşmır. Həmin adam gedib Ermənistanda Türkiyə və Azərbaycan əleyhinə də fikirlər səsləndirir. Hesab edirəm ki, bu mövqe həm də ölkəmizdə ciddi narazılıq doğurur. Hansısa partiyanın xətti ilə Türkiyə parlamentində təmsil olunmaq heç də o anlama gəlmir ki, həmin adam ürəyi nə istəyirsə, onu da edə bilər. Biz Türkiyə hakimiyyətindən Paşinyandan heç də geri qalmayan, həm qardaş ölkə, həm də bizim üçün təhlükə mənbəyi olan Paylyanın qanun çərçivəsində yerinə oturdulmasını tələb edirik”.

Məhəmmədəli QƏRİBLİ

Nəşr olunub SİYASƏT

Trampın Cənub Qaz Dəhlizinin açılışı ilə bağlı Bakıya göndərdiyi məktub fitnəkarlara tutarlı cavabdır; politoloq: “Bu adamlar erməni lobbisinin muzdlu işçiləridir”

Azərbaycan dövlətinin növbəti qlobal əhəmiyyətli layihənin gerçəkləşdirilməsi istiqamətində inamlı addım atması ölkəmizin düşmənlərini ciddi şəkildə pərt edib. Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi Bakının bölgədə oynadığı mühüm rolun daha bir göstəricisi oldu.

İyunun ortalarında isə TANAP layihəsinin açılış mərasimi keçiriləcək. Hansı ki, uzun müddət idi Azərbaycana qarşı fəaliyyət göstərən dairələr və onların havadarları müxtəlif təxribatlara əl ataraq bu projenin baş tutmamasına çalışırdılar. Elə bu günlərdə ABŞ-dakı erməni lobbisinin hərəkətə keçməsi də səbəbsiz deyil. Ölkəmizə qarşı davamlı təxribatlara əl atan, ABŞ Konqresində və Senatındakı ermənipərəst qüvvələri ələ alan erməni diasporu Vaşinqton-Bakı münasibətlərinə xələl gətirməyə çalışır.

Amma Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinin açılış mərasimi münasibətilə Azərbaycan prezidentinə göndərdiyi təbrik məktubu erməni lobbisinə cavab sayıla bilər. “Hörmətli cənab Prezident, Sizi və Azərbaycan xalqını Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə təbrik edirəm. Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında 30 illik əməkdaşlığın bu mühüm nailiyyətini sizinlə birlikdə qeyd edirəm. İlk müstəqil dövlətinin 100 illiyini qeyd edən Azərbaycan indi daha firavan və qlobal iqtisadiyyata bağlı bir ölkədir. Azərbaycanın böyük neft yataqları dünya enerji bazarına sabitlik gətirir. Sizin qaz hasilatınız isə Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəkdir”-Tramın məktubunda deyilir. ABŞ lideri daha sonra yazıb: “Bizim böyük dövlətlərimizin və Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə sizinlə birgə işləmək əzmindəyəm”.

TANAP ile ilgili görsel sonucu

ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri Sandra Oudkirk də öz növbəsində Bakıda səfərdə olarkən deyib ki, ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasını əvvəldən qətiyyətlə dəstəkləyir və bu dəhlizin Avropaya enerji ehtiyatlarının tədarükü marşrutlarının diversifikasiyalaşdırılmasında vacib rolunu başa düşür.

Belə bir məqamda anti-Azərbaycan qüvvələrin ifşasına yönəlmiş materialların ABŞ-da dərci də kifayət qədər ciddi məsələdir. Amerikalı jurnalist Raul Loveri Kontreras (Raoul Lowery Contreras) ABŞ-dakı erməni lobbisini, onun anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətlərini ifşa edən kitab yazıb. “Erməni Lobbisi və ABŞ Xarici Siyasəti” (the Armenian Lobby & U.S. Foreign Policy) başlığı daşıyan və Kaliforniyanın “Berkeley Press” nəşriyyatı tərəfindən nəşr olunmuş kitabda təkzibolunmaz sənədlər əsasında erməni lobbisinin uzun illərdən bəri apardığı məkrli fəaliyyətlər, çirkli maliyyə oyunları və bütün bunların fonunda ABŞ-ın xarici siyasəti üçün yaratdığı problemlər qeyd olunur. Bu kitab Azərbaycana qarşı çirkin planlar hazırlayan qüvvələrin böyük maliyyə vəsaitləri müqabilində ermənilərin maraqlarına xidmət etdiklərini sübut etmək baxımından çox ciddi mənbədir. 

cənub qaz dəhlizi açılış ile ilgili görsel sonucu

Faktlarla zəngin olan bu əsərdə müəllif qondarma “erməni soyqırımı” iddialarından Azərbaycanla əlaqədar 907-ci düzəlişə, ştatlar və federal səviyyədə qəbul edilmiş anti-Azərbaycan və anti-Türkiyə məzmunlu qətnamələrdən şübhəli seçki kampaniyalarına qədər, yaxın tarixdə baş vermiş bir çox gərgin siyasi-ictimai proseslərin əsl iç üzünü açıb göstərir. (APA) Mütaliə zamanı oxucu aydın şəkildə görür ki, uzun illərdir ABŞ Konqresində erməni lobbisinin və erməni maraqlarının ruporuna çevrilmiş Frank Pallone, Adam Şif, Robert Dold, Bred Şerman kimi konqresmenlər, yaxud Barbara Bokser və Bob Menendez timsalında bəzi senatorlar, eləcə də bir çox başqa qanunvericilər məhz külli miqdarda erməni vəsaitləri hesabına Azərbaycan və Türkiyəyə qarşı hər bir qərəzli sifarişi canla-başla yerinə yetirmişlər. Eləcə də, müəllif Kaliforniya Senatında və Assambleyasındakı ermənipərəst qanunvericilərin təxribatçı əməllərindən bəhs edir.

cənub qaz dəhlizi açılış Tramp ile ilgili görsel sonucu

Qeyd edək ki, radikal daşnak erməni lobbi təşkilatı olan Amerika Erməniləri Milli Komitəsinin (ANCA) San Fransisko bölməsi ötən ay ABŞ-da Azərbaycanla bağlı tədbirin keçirilməsinin qarşısını almaq üçün müxtəlif vasitələrlə səylər göstərsə də, buna nail ola bilməyib. Tədbir Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və Amerika Yəhudi Komitəsinin San Fransisko nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Bu zaman, ANCA tədbirə nümayəndələrini göndərərək, Azərbaycan haqda yalan məlumatların əks olunduğu vərəqələr yaymağa cəhdlər göstərib. Bunun da qarşısı alındıqdan sonra, erməni lobbisi təmsilçiləri tədbirin gedişinə mane olmağa çalışaraq, Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif edən təxribat xarakterli suallar veriblər. Cavab olaraq, DQİDK-in sədri M.Qurbanlı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və 1 milyondan çox soydaşımızın didərgin salınması, bu münaqişənin dinlərarası münaqişə olmamasını qeyd edərək, BMT TŞ-nin müvafiq qətnamələrinin nə üçün indiyədək Ermənistan tərəfindən icra olunmamasını sorğu edib. Öz təxribat niyyətlərini həyata keçirə bilməyən və digər tədbir iştirakçılarının da etirazı ilə üzləşən erməni lobbiçiləri rüsvayçılıqla tədbiri tərk ediblər.

Təəssüf doğuran budur ki, bəzi azərbaycanlılar da bilərəkdən, yaxud bilməyərəkdən Azərbaycana qarşı fəaliyyət göstərən dairələrlə sinxron hərəkət edirlər. Onların fəaliyyəti, donosları son nəticədə ölkəmizə qarşı səylə çalışan ermənipərəst qüvvələrin əlinə əlavə arqument verir. 

Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, erməni lobbisi Azərbaycana qarşı mütəmadi olaraq iş aparır:“Erməni lobbisi durmadan, dayanmadan, nəfəs almadan anti-Azərbaycan fəaliyyəti ilə məşğuldur. Bu, yeni bir hadisə deyil. Erməni lobbisinin, diasporunun fəaliyyətinin ABŞ-Azərbaycan münasibətlərini korlaya biləcəyinə gəldikdə isə, hesab edirəm ki, buna yalnız Birləşmiş Ştatların maraqları müstəvisindən yanaşmaq lazımdır. ABŞ-ın dövlət maraqlarının olduğu məsələlərdə erməni lobbisinin ən güclü hay-küyü belə milçək vızıltısından başqa bir şey deyil. Vaşinqton üçün fundamental olmayan məsələlərdə erməni lobbisinin fəaliyyətinin müəyyən təsiri ola bilər. Bu da o zaman baş verə bilər ki, Vaşinqtonun siyasətində erməni lobbisinin verə biləcəyi bəhanələrə ehtiyac duyulsun”.

Bəzi azərbaycanlıların ölkəmizə qarşı iş aparan erməni lobbisi ilə sinxron hərəkətlərinə gəldikdə, E.Mirzəbəyli qeyd etdi ki, onlar bu prosesdə azərbaycanlı kimi deyil, konkret layihələrin əməkdaşları kimi iştirak edirlər: “Bu adamlar erməni lobbisinin muzdlu işçiləridir. Bütün bunların müqabilində xarici siyasətimizi daha çevik etməliyik, ölkəmizin daha da güclənməsi istiqamətində fəaliyyətimizi davam etdirməliyik, qlobal informasiya məkanında mövqelərimizi daha da möhkəmləndirməliyik”.

“TANAP geriyə dönüşü olmayan bir layihədir və buna erməni lobbisinin etirazları boşunadır. Əlbəttə, bu layihənin açılışını həzm etməyən ermənilər Trampa təsir etməyə çalışacaqlar. Amma onun Azərbaycan prezidentinə yazdığı isti məktubdan sonra bunun da mənası yoxdur”.

Bu fikirləri isə ermənişünas-alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında bildirdi. Onun sözlərinə görə, bu layihənin işə düşməsi Azərbaycanın əlini bir az da gücləndirəcək və Qarabağ danışıqlarında bəzi üstün duruma gələcəyik: “Çox maraqlıdır ki, bu layihəyə əvvəllər mane olmağa çalışan Rusiya onu təhlükə hesab etmir, digər qaz layihələrinə alternativ də görmür, hətta bu layihədə iştirak etməyə meyllidir. Demək, Azərbaycan bu məsələdə müəyyən qələbə qazanıb. Şübhəsiz ki, Ermənistanın bu layihədən də kənarda qalması onun başqa proyektlərdən də kənarda qalacağı anlamına gəlir. Azərbaycan təmkinlə bu layihənin həyata keçirilməsi tədbirlərini görməlidir”.

Nəşr olunub SİYASƏT

İnterpress.az xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlının "Milli taleyimiz və biz" adlı yeni kitab çapdan çıxıb.

Müəllif sözügedən kitabda Azərbaycan xalqının soykökü, tarixi bölgədəki mövqeyi, dövlətçilik ənənələri və Azərbaycanın dövlət dilinin mübahisə doğuran tərəfləri barədə söz açıb.

Sabir Rüstəmxanlının yeni kitabı işıq üzü görüb - FOTO
Nəşr olunub CƏMİYYƏT

Reytinq