Ordubad rayonunda uzunömürlü ailənin yubileyi qeyd olunub

15 May 2019
22 baxış
Ordubad rayonunda uzunömürlü ailənin yubileyi qeyd olunub
Naxçıvan Muxtar Respublikasında 15 may – Beynəlxalq Ailə Günü münasibətiləsilsilə tədbirlər həyata keçirilir. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən boyukmillet.com-a verilən məlumata görə, növbəti tədbir Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ordubad rayonunun Bist kəndində yaşayan uzunömürlü Tahirovlar ailəsində keçirilib. 
Bildirilmişdir ki, evliliklərinin 70 ili tamam olan Tahirovlar ailəsininailə başçısı Tahirov Mahmud 1 il Culfa rayon Göynük kənd ibtidai məktəbində, 2 il Culfa rayon Xoşkeşin kənd ibtidai məktəbində ibtidai sinif müəllimi, Ordubad rayon Bist kənd tam orta məktəbində 2 il dərs hissə müdiri, 50 il isə dil-ədəbiyyat müəllimi işləmişdir. Ömrünü müəllimlik vəzifəsinə həsr edən Tahirov Mahmud hazırda təqaüdçüdür. Ailənin 7 övladı, 15 nəvəsi və 10 nəticəsi var. Keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək ailəni evliliklərinin 70 illiyi münasibətilə təbrik edib, onlara cansağlığı və firəvan həyat arzulayıblar. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında dövlət ailə siyasəti uğurla həyata keçirilir. Muxtar respublikada yaşayan ailələrin daha da möhkəmləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, ailələrinin məşğulluqlarının təmin olunması, sağlamlıqlarının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Həmçinin muxtar respublikada ailələrə göstərilən diqqət və qayğının nəticəsində bugün evliliklərinin 50, 60, 65, 70 ili tamam olan ailələrimiz çoxdur. Belə uzunömürlü və nümunəvi ailələrin yubileylərinin geniş şəkildə qeyd edilməsi muxtar respublikada ailələrimizə, o cümlədən insanlarımıza göstərilən səmimiyyət, diqqət və qayğının ifadəsi olduğu kimi, həmçinin gənc ailələrə təbliğidir.
Sonda ailəyə hədiyyələr və gül buketi təqdim olunub. Ailə başçısı Tahirov Mahmud və onun ailə üzvləri göstərilən diqqət və qayğıya görə Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər
Bu xəbərə səs ver
(0 səslər)

Reytinq