Cümə , 10 May 2024

Yearly Archives: 2018

Afrin qızışır: Türkiyə “PKK ovçusu”nu sərhədə yeritdi

Türkiyə ordusunun Afrin əməliyyatına hazırlıqları çərçivəsində “PKK ovçusu” adlandırılan M60T tankları sərhədə göndərilib. Boyukmillet.com Axar.az-a istinadən xəbər verir ki, tanklar Türkiyənin müxtəlif ordu birləşmələrindən 11 TIR-a yüklənilərək sərhədə aparılıb. Türkiyənin Suriya və İraqda döyüş şəraitində uğurla istifadə etdiyi, tank əleyhinə raket sistemlərinə qarşı yüksək səviyyəli müdafiə sisteminə malik Sabra tipli M60T ağır döyüş tankları Afrin əməliyyatı ərəfəsində Hatayda yerləşən sərhəd …

Read More »

Ukrayna parlamenti Rusiyanı işğalçı dövlət kimi tanıyıb

Ukrayna Ali Radası “Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş əraziləri üzərində Ukraynanın suverenliyinin təmin olunması üzrə dövlət siyasətinin xüsusiyyətləri haqqında” 7163 saylı qanun layihəsini qəbul edib.  APA-nın “112.ua” saytına istinadən yaydığı xəbərə görə, qanunun lehinə 280 deputat səs verib.  Qanunda Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının Rusiya tərəfindən işğal olunduğu bildirilir, Rusiya Federasiyası işğalçı dövlət kimi rəsmən tanınır. Ukraynaya …

Read More »

Teleqüllə yaxınlığında çatların eni 1 metrə çatdı – TƏHLÜKƏ BÖYÜYÜR

Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə sahəsində son vəziyyət açıqlanıb.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, “Teleqüllə” sürüşmə sahəsi aktivləşib.   Onun sözlərinə görə, həm torpaq qatında, həm də istinad divarında çatların ölçüləri genişlənib.   “Bütün istinad divarı boyunca 15-20 santimetr ölçüsündə çatlar əmələ gəlib. Torpaq qatında …

Read More »

Ərəblər Azərbaycanda otel biznesi qurmaq istəyirlər – RƏSMİ

Ərəb investorları Azərbaycanda otel biznesinə, xüsusilə “ekonom” seqmentində otellərə maraq göstərirlər. Boyukmillet.com-ın məlumatına görə, bunu Trend-ə Azərbaycan Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib. Onun sözlərinə görə, bununla belə, hələlik Azərbaycanda otellərin satın alınması barədə faktlar olmayıb: “Bizdə hansısa Azərbaycan otelinin ərəb investorlar tərəfindən alınması barədə məlumat yoxdur, amma onların marağı var. Ötən il Səudiyyə Ərəbistanından investorlar …

Read More »

Kiyevdə vəziyyət nəzarətdən çıxır – Ali Rada mühasirəyə alındı – FOTOLAR

Ukrayna Ali Radasının deputatları ölkənin şərqində yaradılan Donetsk və Luqansk “xalq respublikaları”nı terror təşkilatı kimi tanımaqdan imtina ediblər. Boyukmillet.com “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “News One” telekanalı bildirib. Məlumata görə, Donbasın reinteqrasiyası haqqında qanun layihəsinə təklif olunan düzəlişə 340 parlament üzvündən yalnız 76-sı səs verib. Ali Rada ikinci oxunuşda sənədə baxır. Sənəd sülh vaxtı prezidentə ölkənin müstəqilliyinin müdafiəsi …

Read More »

Kəramət Böyükçöl: “Xəlil Rzanın və onun şəhid oğlunun ruhundan üzr istəyirəm”

Gənc yazar Kəramət Böyükçöl bir neçə gün öncə sosial şəbəkədə status yazaraq Xəlil Rza Ulutürkü təhqir etdiyinə görə üzr üstəyib. Musavat.com xəbər verir ki, Kəramət Böyükçöl fikirlərinin yanlış olduğunu söyləyib və Xəlil Rza Ulutürkü sevənlərdən üzrxahlıq edib. Gənc yazarın sosial hesabında yazdığı üzrxahlıq mesajını sizlərə təqdim edirik:” Bir neçə gün bundan əvvəl feysbuk səhifəmdə Xəlil Rza Ulutürk haqqında yazdığım fikirlər birmənalı …

Read More »

Azərbaycan diasporunun sədri erməniləri müdafiə edir – İDDİA

Bir vaxtlar Həştərxandan gəmi-gəmi qənd gəlirdi. İndi isə gəmi-gəmi dərd gəlir. “Artıq neçə ildir ki, Rusiyanın Həştərxan şəhərində haqsızlıqlarla üzləşirəm. Gah sahibi olduğum mağaza qeyri-qanuni sökülür, gah özüm ermənilərin hücumuna məruz qalıram, şikayət etdiyim orqanlarda isə ya problemimə biganə yanaşılır, ya da “sənin burda nə işin var, öz ölkənə qayıt!” kimi alçaldılcı ifadələrlə qarşılanıram”. Bu sözləri Həştərxanda kiçik bizneslə məşğul …

Read More »

FETÖ-nün Bakıdakı media şəbəkəsi TRT-nin gündəmində

FETÖ-nun təhsil sahəsindən tutmuş media sektoruna qədər ciddi strukturlaşdığı ölkələr sırasında Azərbaycan xüsusi yer tutub. Boyukmillet.com xəbər verir ki, Türkiyənin “TRT Haber” kanalı FETÖ terror şəbəkəsinin Azərbaycanda formalaşdırdığı media quruluşlarının sıradan çıxarılmasına dair xüsusi süjet hazırlayıb. Videomaterialda FETÖ-nun Türkiyə xaricində ilk olaraq, Azərbaycanda fəaliyyət qurduğu vurğulanıb. Uzun illər ərzində öz pozuculuq missiyasını din və maarifçilik fəaliyyəti ilə pərdələməyə çalışan FETÖ-nun təbliğat …

Read More »

Həyat faktının bədii dərki

Sabir Rüstəmxanlının povestləri, hekayələri, dram əsərləri bədii-estetik keyfiyyəti ilə müasir ədəbiyyatımızda xüsusi bir yer tutur. “Atamın ruhu”, “Düşmən görüşü”, “Dünya təmizlənir”, “Babadağ ziyarəti” povestlərində, “Daş rəngi”, “Boz sərçə”, “Qayalar arasında vəd”, “Bacı”, “Qızıl diş” hekayələrində, “Uzaq əsrlərin həqiqəti”, “Nuhun vertolyotu” pyeslərində mənalandırmalar xüsusi üstünlük təşkil edir. Yazıçının “Düşmən görüşü” povestində qəhrəmanın düşmənlə görüş anına qədərki yaşantısı hiss və düşüncələrin gərgin, …

Read More »

Ukraynada oğurlanan iş adamı Hikmət Abdullayev azad olunub-ÖZƏL

Azərbaycan diasporunun üzvü, iş adamı Hikmət Abdullayev artıq azad olunub. Boyukmillet.com İnterpress.az-a istinadən xəbər verir ki, Dekabrın 11-də axşam saat 19:00 radələrində yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən oğurlanan Azərbaycan diasporunun üzvü, iş adamı Hikmət Abdullayev artıq azad olunub. İş adaminin azad olunması ilə bağlı İnterpress.az-a onun qohumları məlumat versədə Hikmət Abdullayevin hansı şərtlərlə azad olunması haqda məlumat verməyiblər.Qeyd edək ki, …

Read More »