Cümə , 10 May 2024

Yearly Archives: 2018

Polis Bakı metrosunda əməliyyat keçirdi: Cinayətkar qruplaşma ifşa edildi – FOTO

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edən Xırdalan şəhər sakini olan bir qadın mobil telefonunun oğurlandığını bildirib. Daxili İşlər Nazirlıiyindən Boyukmillet.com-a daxil olan məlumata görə, araşdırmalarla qadının “Samsung Galaxy S6” markalı telefonunun metronun “Elmlər Akademiyası” stansiyasında qatara minərkən gödəkçəsinin cibindən oğurlanması məlum olub. Faktla bağlı cinayət işi başlanılıb. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğun 3 nəfər tərəfindən …

Read More »

Yol polisindən hava şəraiti ilə bağlı sürücülərə – XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda o cümlədən Respublikanın bir sıra şəhər və rayonlarında gözlənilən yağışlı və qarlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. İdarədən Boyukmillet.com-a verilən məlumata görə, sürücülər havanın yağışlı və sulu qarlı olacağını nəzərə alaraq ictimai nəqliyyatdan istifadəyə üstünlük verməlidir, yol və meteoroloji şəraiti nəzərə almağı bacarmalıdır, sürət həddi minimuma enməlidir, ara məsafəsi normadan artıq saxlanmalıdır. Məlumatda …

Read More »

Apteki, “zapravkası” və bazarı olmayan rayon – İcra başçısı Aslanov isə bundan məmnun görünür…

Təqvim ilinin dəyişməsi ilə bağlı yola saldığımız 2017-ci ilin sonu və qarşıladığımız 2018-ci ilin ilk günlərində bizə verilən bir neçə günlük qeyri iş günü fürsətindən yararlanmaq qərarına gəldim. Bu Yeni İldə Bakıya qarın da yağmaması məndə “bəlkə orada qar oldu” həvəsini oyatdı. Bakıya nisbətən yaxın olan dağ royunu sayılan Xızıya yola düşməyi planlaşdırdım. Hava proqnozunda Xızının Altıağac bölgəsində qarın yağa …

Read More »

Zərifə Əliyeva adına park Hacıbala Abutalıbovun icazəsi ilə yox edildi – yazdıqlarımızın izi ilə (FOTOLAR)

Səbail rayonunun Badamdar qəsəbəsindəki Zərifə Əliyeva adına park artıq yoxdur. Parkda uzun illərdir ki, abadlıq işlərinin aparılacağı deyilirdi. Lakin illər keçsə də, bu vədə əməl edilmədi. Əksinə, park tikinti şirkətinə verildi. Ərazidə indi böyük yaşayış lompleksi inşa edilir. Musavat.com olaraq parkın taleyi və sakinlərin narazılığı ilə bağlı hələ 2015-ci ilin avqust ayında yazmışdıq. Həmin ərəfədə park iki hissəyə bölünmüşdü. Bir …

Read More »

Adanada Sabir Rüstəmxanlının imza günü keçirilib – FOTO

“Ölüm zirvəsi” kitabının imza günü keçirilib. Boyukmillet.com İnterpress.az-a istinadən xəbər verir ki, Türkiyənin Adana şəhərində Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi Sabir Rüstəmxanlının müəllifi olduğu “Ölüm zirvəsi” kitabının imza günü keçirilib.  İmza günü Adanada keçirilən kitab sərgisində baş tutub. Tədbirdə Türkiyənin Dövlət rəsmiləri, Adana şəhər rəhbərliyi və Türkiyənin şair və yazıçıları iştirak ediblər. Xalq şairi ilə görüşən türkiyəli oxucular …

Read More »

MARAQLI: Banklar bağlanır: Borclar da “bağlanır”?

Lisenziyası ləğv olunan banklara borcu olan vətəndaşlar müəmma içindədir. Belə ki, borclu vətəndaşlar fəaliyyətini dayandıran banklara ödənişi necə etmək haqqında qərar verə bilmirlər. Fikir ayrılığına səbəb olan əsas məsələ həmin borcların hansı şərtlərlə ödənilməsidir. Borclular bankın bağlanmasını bir növ “sevinc”lə qarşılayırlar. Onlar hesab edir ki, bank bağlandığı üçün onlardan borcu geri tələb edən də olmayacaq. Məlumdur ki, bank müflis olduğu …

Read More »

İranın keçmiş prezidenti həbs edildi

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad hökumət əleyhinə nümayişləri dəstəklədiyi üçün həbs edilib. Boyukmillet.com İnterpress.az-a istinadən xəbər verir ki, bu iddiaları isə Al-Quds Al-Arabi qəzeti yayıb. Nəşrin məlumatına görə, Əhmədinejadın həbsi İranın Ali rəhbəri və Dini lideri Ayətullah Əli Xamneyinin Şiraza səfəri fonunda baş verib. Həbsə səbəb kimi, etirazlarda siyasətçinin verdiyi bəyanatların böyük rol oynadığı iddia edilir. Bu barədə hələlik rəsmi …

Read More »

Sabir Rüstəmxanlı Adanada səfərdədir

Adana şəhərinin düşməndən azad edilməsi münasibəti ilə bayram tədbirləri keçirilir. Boyukmillet.com İnterpress.az-a istinadən xəbər verir ki, Azərbaycanın Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı və Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı Türkiyənin Adana Bələdiyyəsinin sədri Hüseyin Sözlünün dəvəti ilə Adana şəhərinin Qurtuluş günü münasibəti ilə keçirilən tədbirdə iştirak edirlər .Tədbirdə Türkiyənin dövlət və hökümət nümayəndələri o cümlədən MHP lideri …

Read More »

104 yaşlı çeçen qadını aldadıb Kərbəla əvəzinə Gədəbəyə gətiriblər

Çeçenistan sakini olan 104 yaşlı qarı Yeni il ərəfəsində Azərbaycanın Gədəbəy rayonunda küçədə soyuqdan donarkən tapılıb və Bakıda sığınacağa yerləşdirilib. İnterpress.az-a bu barədə qadına sığınacaq verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən məlumat verilib. Pasport məlumatlarına görə düz 104 yaşı olan Mədinə Əliyevanı Gədəbəy Rayon Polis İdarəsinin əməkdaşları küçədə soyuqdan donmuş halda tapıblar. 1 əsrdən çox yaşamış qadına Gədəbəydə ilkin …

Read More »

Türkiyədə irqçi və millətçi partiya yaradıldı

Türkiyədə yeni siyasi partiya yaradılıb.   Boyukmillet.com yerli mediaya istinadən xəbər verir ki, Ötükən Birliyi Partiyasının ideoloji xətti radikal millətçilik və irqçilikdir.   Partiyanın sosial media hesabında yerləşdirilən bildirişdə qeyd edilir ki, təşkilatın qurucusu və sədri Hakan Semercidir.    Bildirişdə partiya “Türk millətinin türk yurdunda şərtsiz hakim, tam müstəqil və birlik olaraq yaşamasını qarşısına hədəf qoyan türkcü düşüncənin məhsulu” adlandırılıb.   Təkbaşına …

Read More »